Kriminal xəbər və verilişlər qətl, intihar və oğurluqların sayını daha da artirir...
Üçüncü dünya müharibəsi çoxdan başlayıb... Onu telekanallar aparir...
Bu, özəl fikrimdir, ola bilər, çoxları etiraz etsin. Opponentlərimə, yəni bu fikrin əleyhinə olanlara bir sualla müraciət edərdim; yalnız gündəlik qayğıları ilə məşğul olan adi bir vətəndaşın gün ərzində mümkün qədər çox kriminal xəbər eşitməsinin və bu barədə telegörüntülər seyr etməsinin onun əqli, intellektual, ruhi-mənəvi, fizioloji inkişafı üçün hansı əhəmiyyəti var?..
Dəhşətli bir qətl, intihar, yaxud oğurluq hadisəsi haqqında verilişlərə baxan müxtəlif psixoloji tipə mənsub insanların beynində hansı emosional, ruhi-mənəvi təsirlər yarandığını psixoloq və psixiatrlar daha dürüst araşdıra bilər. Lakin belə bir verilişdən sonra ətrafdakı insanların reaksiyalarını, söz-söhbətlərini izləməklə həqiqətə çox yaxın müəyyən mülahizələr söyləmək mümkündür. Doğrudur, normal psixoloji duruma və insani keyfiyyətlərə malik yetkin bir şəxs üçün hər hansı kriminal veriliş və ya xəbər onu insan kimi narahat edən, duyğulandıran növbəti maraqlı informasiyadan başqa bir şey deyil. Buna baxmayaraq həmin veriliş və xəbərləri hazırlayıb yayımlayanlar nəzərə almalıdırlar ki, insanların hamısı eyni psixoloji durumda və yaş səviyyəsində olmur. Xüsusən, son illər dünya çapında gedən siyasi, sosial, texniki və təbii kataklizmlər nəticəsində insanların psixikasında ciddi dəyişikliklər baş verib. Müharibə, terror, texnogen və təbii fəlakətlərin, ölüm, qətl və intiharların gündən-günə hədsiz dərəcədə artması adamlarda laqeydlik, apatiya, ruh düşkünlüyü və insanlığa yaraşmayan anormal bir soyuqqanlılıq, hətta qəddarlıq yaradıb. Burada eyni zamanda sosial-iqtisadi amillər də böyük rola malikdir. Qətl və intiharların xeyli hissəsinə ya hədsiz yoxsulluq, ya da ifrat varlılıq səbəb olur. Ancaq insanların İFRAT KRİMİNAL İNFORMASİYA QƏBUL ETMƏSİNİN rolunu qətiyyən inkar etmək olmaz...
Çox vaxt qətl, intihar, yaxud oğurluq törətməyə hazırlaşan şəxs uzun müddət son qərarını verə bilmir. Onu cinayətə adətən kənar amillər həvəsləndirir, motivə edir ki, zənnimcə, müasir dövrdə onlardan ən başlıcası məhz KİV-də, xüsusilə, telekanallarda yayımlanan kriminal veriliş və xəbərlər, eləcə də bəzi kinofilmlərdir. Belə bir məqam diqqəti cəlb edir: son vaxtlar adətən qətl və intihar aktları müəyyən fasilələrlə, lakin bir neçəsi dalbadal, sanki seriallarla baş verir. Məsələn, bir faktı gündəliyimdə xüsusi olaraq qeyd etmişəm. 2004-cü ilin fevralında Bərdəli bir tələbənin intihar etməsi barədə informasiya gedəndən cəmi bir neçə gün sonra Lənkəranda eyni vaxtda iki 10-cu sinif şagirdinin intiharı haqqında xəbərlər yayıldı. KİV-də ötən illərin kriminal statistikası ilə maraqlansaq, belə uyğunluqlara çox rast gələrik. Elə yaxın aylarda ANS və digərlərinin böyük şövqi-həvəslə yayımladığı yeni doğulmuş körpələrin küçəyə atılması və Kürdəmirdə məktəbli qızların oğlanlarla görüş üçün Bakıya qaçması xəbərlərini də nümunə gətirmək olar. Çünki həmin xəbərlər kütləviləşdikdən sonra resbublkanın ayrı-ayrı bölgələrində oxşar olaylar sanki serial şəklində davam etməyə başladı. Bəs buna səbəb nədir? Əsas səbəb telepsixoloji effekt və ya telemotivasiyadır. Qətlə, intihara, oğurluğa, zorlamaya, zinaya və s. azacıq da olsa, meyli olan insanları, xüsusən yeniyetmə və gəncləri belə cinayətlər barədəki görüntü və xəbərlər asanlıqla həvəsləndirir və nəhayət, xəyalındakı cinayəti, günahı həyata keçirməyə sövq edir. Təsəvvür edin ki, kimisə qətlə yetirməyi planlaşdırmış, lakin buna cəsarət etməyib tərəddüddə bulunan şəxs televiziyada bir qatilin qətli necə həyata keçirdiyini təsvir etməsinə baxır. Və görür ki, həmin cinayətkar insanın başını kəsməsi barədə sanki adi toyuq başı kəsmək kimi necə soyuqqanlılıqla, qəddarlıqla, hətta gülə-gülə danışır. Təbii ki, o düşünəcək:”əşşi, burada bir şey yox imiş ki”... Və durmadan qətli icra etmək qərarına gələcək. Yaxud oğurluğa hazırlaşan şəxs bir ogrunun danışdıqlarına baxmaqla yeni metodlar əxz edərək həvəslə planını həyata keçirəcək... Eləcə də evdən qaçan qızlarla bağlı xəbəri görüb-eşidən oxşar düşüncə və psixologiyaya malik yeniyetmə qızlar həmin qızların və onlarla görüşən oğlanların nə dövlət, nə də valideynləri tərəfindən heç bir cəza almadığını görərək əvvəldən xəyallarından keçən əməli gerçəkləşdirməyə cəhd edəcəklər...
Drayzerin dünya şöhrətli “Amerika faciəsi” romanının baş qəhrəmanı Klayd Qrifits xəyalındakı qətli həyata keçirməyi bir əyalət qəzetindəki kiçik kriminal xəbəri oxuduqdan sonra qətiləşdirir...
Hələ kriminal veriliş və kinofilmlərin azyaşlı uşaq və yeniyetmələrin xarakter və davranışlarında hansı ruhi-mənəvi, psixoloji dəyişikliklər yaratması başqa söhbətin mövzusudur... Bir sözlə, bu cür veriliş və xəbərlər cinayətləri açiqca təbliğ edir. Bəzi mətbuat və telekanal rəhbərləri isə ən ağır, ən amansız, ən qeyri-insani cinayətləri daha tez, daha operativ və ətraflı işıqlandırmaqda sanki yarışa giriblər. Görünür, onları bu cür proqramların tamaşaçılara mənfi təsiri yox, öz şəxsi gəlirləri maraqlandırır. Axı kriminal veriliş və ya filmlərdə reklam roliklərini yerləşdirmək daha sərfəlidir...
Onu da xüsusi olaraq vurğulayım ki, sözügedən veriliş və kinofilmlərin kütləviləşməsi bəşəriyyətə, ən əsası, türk-müsəlman dünyasına düşmən kəsilmiş mason-sionist-anqlosaks şəbəkəsinin, ABŞ-da milyonlarla üzvü olan, eks-prezident Corc Buşun da üzvü olduğu şeytan kilsəsinin iblisanə siyasətinə, o cümlədən Türkiyə və Azərbaycana qarşı olan planlarına birbaşa xidmət edir.
Deyərdim ki, SSRİ dağılan dönəmdən bəri artıq ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ başlayıb və o, telekanallar vasitəsilə aparılır. Düşmənlərimiz islam-türk dünyasına qarşı geniş hücumdadır və təəssüf ki, mövqelərimizin çoxunu əldən vermişik...
Nə yazıqlar ki, kiçik istisnalarla, dünya dövlətlərinin, o sıradan Azərbaycanın da rəhbərliyi bilərəkdən, ya bilməyərəkdən bu ciddi məsələyə göz yumur, cinayət, eləcə də əxlaqsızlıq, mənəviyyatsızlıq təbliğatçılarına qarşı tutarlı tədbir görmür, əksinə, çox vaxt onları maddi və siyasi-ideoloji baxımdan şirnikləndirirlər.
Vətənimizin son durumunu təsəvvür edin; oğul atanı, ananı, ata oğulu, nəvə nənəni, qardaş qardaşı, qonşu qonşunu və s. mal-mülk, lüzumsuz bir mübahisə zəminində amansızlıqla qətlə yetirir, azyaşlıdan, yeniyetmədən tutmuş ağbirçək, ahıl insanlara qədər intiharlar və i.a. az qala hər gün davam edir və mətbuat bunları ləzzətlə nümayiş etdirir...
Ermənicə bilib düşmən ölkənin telekanallarını izləyənlər deyir ki, son 15-20 ildə erməni televiziyası çox nadir hallarda dəhşətli cinayətlərdən bəhs edir... Erməni vəhşiliyindən, 31 Martdan, Xocalıdan danışırıq... Halbuki gerçək nəzərlərlə baxsaq, son 18 illik “atəşkəs” düvrğndə korrupsioner rejimin azğın, antimilli siyasəti, o cğmlədən telekanalların fəaliyyəti nəticəsində erməni xisləti artıq üz izimizə hopub. Ötən il fevralın 26-da
Xocalı soyqırımı ogey ana atanın gözü qarşısında 5 yaşlı qız uşağını qəddarlıqla düyərək öldürdü. Telekanal və qəzetlər həmin hadisəni operativ şəkildə işıqlandırdı. Azaldımı bu cür hadisələr? Əksinə artdı. İlin sonunda Lerikdə ata üz iki qızını boğaraq qətlə yetirdi... Bu günlərdə Goranboyda ana 6 yaşlı qızını boğub öldürdü... İblisin baxıb qəh-qəh çəkəcəyi bir mənzərə deyilmi?..
İnsanların potensial enerjisinin şərə qarşı savaşa, məsələn, Qarabağın azadlığı uğrunda mübarizəyə deyil, yalnız şəxsi maraqlarına dayanaraq öz soydaşına, qonşusuna, hətta qardaşına, ata-anasına, övladına və s. qarşı nifrətə və son nəticədə cinayətə, mənəviyyatsızlığa köklənməsi millətin, Vətənin, Türklüyün, İslamın məhvinə yönəlməyibmı?.. Hani şeyxülislam, hanı axundlar, mollalar?.. Hanı ziyalılar, şairlər, yazıçılar, alimlər?.. Hanı bu dövlətin milli-ideoloji doktrinası?..
Düzdür, vətəndaşın informasiya azadlığı, vətənindəki, dünyadakı hadisələrdən məlumat bilmək hüququnu əlindən almaq olmaz. Lakin hər şeyin bir həddi var. Yaxşı olar ki, kriminal xəbər və verilişlər daha çox xüsusi telekanal, radio və qəzetlər vasitəsilə, həm də müəyyən istisnalarla yayımlansın. İdman, din, elm, təbiət və s. mövzularda xüsusi kanallar olduğu kimi. Digər kanallarda isə cinayətlərin profilaktikasına həsr olunmuş verilişlərə çox yer ayrılsın. Yalnız bu halda son vaxtlar əsasən siyasi oyunların alətinə çevrilmiş KİV insanlığa xidmətini bir az artırmış olar...