Modern.az

Operativ Qərargahdan Azərbaycan-İran sərhədi ilə bağlı QƏRAR

Operativ Qərargahdan Azərbaycan-İran sərhədi ilə bağlı QƏRAR

Ölkə

25 Mart 2020, 13:29

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

 

Qeyd edək ki, bundan əvvəl 12 mart 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı