Modern.az

Dünənin tələbələri bu günün tələbələrindən razıdırlarmı? (BDU-nun müəllimləri ilə sorğu)

Dünənin tələbələri bu günün tələbələrindən razıdırlarmı? (BDU-nun müəllimləri ilə sorğu)

Ölkə

29 Mart 2010, 11:03

Tələbə həyatı yaşayanlar bilmiş olarlar, auditoriyada kimsə nadinclik edəndə, müəllimlər adətən belə deyirlər: "Əvvəlki tələbələr heç belə olmayıblar”.  Maraqlıdır, görəsən, əvvəlki tələbələrlə indiki tələbələr arasında fərq nədədir? Fərqi öyənmək üçün BDU-nun Jurnalistika fakültəsinin bir neçə müəllimini-keçmiş tələbələri sorğu-suala çəkdim.

Sima Rəhimli ( Nəzəriyyə və təcrübə kafedrasının müəllimi): “Tələbə adını daşımaq həm məsuliyyətlidir, həm də çətin. Zaman dəyişdikcə tələbələr də dəyişir. Bu günkü gənclər bizim sabahkı əvəzedicilərimizdir. Odur ki, əvəzedicilərdə səhv axtarmaq lazım deyil. İnsanda yaxşı cəhət də olur, pis cəhət də. Onlara yaxşı tərəfdən baxanda, yaxşı tərəflərini görməyi bacarırsan. Çox da fərq axtarmaq istəmirəm. Ancaq müasir gənclərin inkişaf etmək hüdudları olduqca zəngindir. O vaxt tələbələr tək kitablarla kifayətlənməli olurdularsa, indi texnika əsridir. Oxuyan tələbə o zaman da oxuyub, indi də. Bu, tələbənin özünün qabiliyyətindən və peşəyə olan münasibətindən asılıdır. Onların arasındakı fərqi, yalnız dövrün, zamanın inkişafında görürəm. Bütün tələbələrə müvəffəqiyyətlər arzulayıram".

Cahangir Məmmədli (Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrsının müdiri, professor): "Hər dövrün, zamanın öz xüsusiyyətləri var. Ümumiyyətlə, atalar demək olkar ki, həmişə oğullardan narazı qalıblar, oğullar da atalardan. Atalara elə gəlir ki, oğullar hələ çox balacadı, oğllara elə gəlir ki, ataları qocalıb, artıq onların vaxtı keçib. Amma bizim fakültədə həmişə sinxron vəziyyət yaranıb. Neynirsən et, dünya durduqca o problem də var. Əgər 30-40 il bundan əvvəlki tələbələrlə bu günkü tələbələri müqayisə etsək, bü günkü tələbə daha çox udmuş olur. O vaxt svet tələbəsi deyilən bir anlayış var idi. Sovet sistemi tələbələri fəal olmağa, öz fikrini deməyə, müstəqil olmağa imkan vermirdi. Bu günkü tələbə isə müstəqildir, öz fikrini açıq ifadə etmək imkanı var və mübarizdir. Onlar blərlə də keçmişin tələbələrini üstələyirlər. Lakin müasir tələbənin çatışmayan bircə cəhəti onun elmə meylinin zəifliyidir. Əgər bu cəhət də düzəlsə, o dünənki tələbədən qat-qat yuxarı səviyyədə olar. Mən həmişə cavan kadrların tərəfindəyəm. Yəqin ki, Allah ömür versə, hələ 70-dən sonra da onların tərəfində olacam. Çünki, onlarsız inkişaf yoxdur. İnkişaf cavanlardadır”. 

Rəhilə Kəsəmənli ( Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dissertantı ): “Dövr dəyişir, tələbələri də qınamaq olmur. Əvvələlər jurnalistika fakültəsinə qəbul olmaq üçün həm şifahi, həm də yazılı müsabiqə keçirilirdi. O vaxtki tələbələrdən Elmira Əmrahqızı, Solmaz Babaşova, Bəxtiyar Sadıqov kimi tələbələr var ki, onlar güclü qələm sahibləridirlər. Ancaq indi çox tələbələr bəxtəbəxt bura düşdüklərini deyir və görürəm ki, onlar sadəcə özlərini zamanın axarına düşmüş kimi hiss edirlər. Bu üzücü haldır, amma könüllü qəbul olanlar da, qəbul olandan sonra bu fakültəyə həvəs göstərənlər də az deyil. Hamısına müvəfəqiyyətlər arzulayıram. Həqiqətən də bu fakültədə təhsil almaq tələbədən gərgin əmək tələb edir. İnşallah hər biri həyatda öz layiqli yerlərini tapar”.  

Şamil Vəliyev ( Mətbuat taixi kafedrasının müdiri, professor ): “Mən deyərdim ki, hər şey tələbənin özündən asılıdır. Elə tələbə var ki, oxuduğu illər ərzində heç bir fəallığı olmayıb, ancaq sonrakı illərdə aldığı təcrübəylə həmin tələbənin sonrakı peşə uğurlarına heyrət edirsən.Ya da ki, tam tərsi. Bəzən ele tələbələr də olur ki, fakültəni yüksək qiymətlərlə bitirib, amma, jurnalistika sahəsində fəaliyyətsiz olur.

Qərənfil Dünyaminqızı ( Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elimləri namizədi ): "Elə bir zəmanədə yaşayırıq ki, həyat inkişaf edir. Hər sahə də inkişaf var, isər elmdə, istərsə də texnikada. Biz də bu inkişafdan geri qala bilmərik. Kütləvi İnformasiya Vasitələri bu sahədə daha çox inkişafda olmalıdır. Çünki, KİV dünyanı informasiya blokadasından çıxarır. Əvvəlki tələbələrlə indiki tələbələrin arasındakı əsas fərq onların dünyagörüşündə və texnika ilə işləmək bacarığındadır. Sovet dövründəki amiranəlik hissinin əleyhinə olmuşam. Bu günkü tələbə sərbəstdir. Başqa fakütələrin tələbələri inciməsin, istər dərsdə, istərsə də dünyagörüş baxımından müqayisə edəndə jurnalistikanın tələbələri həmişə seçiliblər. Mən III və IV kurs tələbələrinə tələbə gözüylə yox, bizim yarıhəmkar gözüylə baxıram. Hər bir tələbəyə də uğurlar arzulayıram".

Nəsir Əhmədli (Beynəlxalq jurnalistika kafedrsının professoru): "Zaman dəyişir, insanlar da dəyişirlər. 15-20 il bundan əvvəlki qəbul imtahanları fərqli idi, 3 mərhələdə keçirilirdi. 1-ci mərhələdə yaradıcılıq imtahanı keçirilirdi, imtahana qədər mətbuatda dərc olunan yazıların mətni yoxlanılırdı və rəy bildirilirdi. 2-ci mərhələdə sərbəst mövzularda yazılar verilirdi, yazı bacarığını və qrammatik səhvləri yoxlamaq üçün. 3-cü mərhələdə isə üzbəüz söhbət olurdu ki, burada dünyagörüş yoxlanılırdı. Test imtahanının tətbiq olunması jurnalist seçiminə bir qədər əngəl törədib. Əvvəlki tələbənin kompüterlə bağlı məlumatı az idi, xarici ölkələrlə əlaqəsi yox dərəcədə idi. İndi informasiya texnologiyasına yiyələnmək baxımından və intellektual səviyyənin üstünlüyünə görə müasir tələbələr seçilirlər. Pis tələbə yoxdu, pis təhsil və müəllim ola bilər. Tələbə oxunmamış ağ kağızdır, nə yazsan onu oxuyacaq. Ən önəmli cəhət də odur ki, müasir tələbələr müstəqillik dövrünün gəncləridir”.

Sorğunu bitirəndən sonra evə getməyə hazırlaşırdım. Universitetin həyətindən çıxmamış dönüb arxaya baxdım. Müəllimlərimin dilindən eşitdiyim sözlər bir-birinin ardınca beynimdə öz əksini tapdı. Sevinirdim, çünki, aldığım cavablar bu günün tələbəsi olaraq məni qane etmişdi.  

Dürrə Həsən 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir