Modern.az

Azərbaycanda mobil internetin sürəti artıb

Azərbaycanda mobil internetin sürəti artıb

Aktual

18 May 2026, 16:40

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) Modern.az-a verilən məlumata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 faiz), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 faiz) artıb.

Paytaxtların müqayisəsinə gəlincə, apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 faiz), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07 faiz) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV