Modern.az

İlham Əliyev qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə etdi

İlham Əliyev qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə etdi

Ölkə

18 May 2026, 14:36

Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrinə də toxunub.

Modern.az xəbər verir ki, çirkləndiyi üçün əvvəllər ərazinin “Qara şəhər” adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib: “İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri yaratmışıq”.

Prezident İlham Əliyev bizim şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i qeyd edib və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!