Modern.az

Cinpinin xüsusi nümayəndəsi Bakıdan təkliflər verdi

Cinpinin xüsusi nümayəndəsi Bakıdan təkliflər verdi

Aktual

Bu gün, 16:36

Şəhərlər insanlar tərəfindən qurulur və insanlar üçün inkişaf etdirilir. İnnovativ, yaşamaq üçün əlverişli, gözəl, dayanıqlı, ağıllı və müasir şəhərlərin inşası vacibdir.

Modern.az xəbər verir ki, bu fikirləri Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

O, Çin Prezidenti Si Cinpin adından Azərbaycana forumun keçirilməsinə görə xoş arzularını çatdırıb və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, Çin hazırda insan mərkəzli yeni urbanizasiya modelini inkişaf etdirir.

“2012-ci ildə Çində şəhər əhalisinin sayı 720 milyon idisə, 2025-ci ildə bu rəqəm 950 milyona çatıb. Çin dünyada ən böyük şəhər mənzil təminatı sistemini qurub. Şəhər əhalisinin adambaşına düşən mənzil sahəsi 40 kvadratmetrdən çoxdur”.

Çin nümayəndəsi vurğulayıb ki, ölkə şəhər strukturlarının optimallaşdırılması, yaşıl transformasiya, mədəni irsin qorunması və idarəetmənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

“Biz şəhər təhlükəsizliyinin əsas prinsiplərini qoruyaraq Çin xüsusiyyətlərinə malik urbanizasiya yolunu inkişaf etdiririk”.

O eyni zamanda çıxışında BMT-nin Yeni Şəhər Gündəliyinin 10 illiyinin bu il qeyd olunacağı xatırladılıb və şəhərlərin inkişafı ilə bağlı dörd əsas təklifi də səsləndirib.

“Birinci təklif kimi təhlükəsiz və rahat mənzil məsələsinə diqqətin artırılması göstərilib. İnsanların daha keyfiyyətli mənzilə olan ehtiyaclarını qarşılamaq üçün təhlükəsiz, rahat, yaşıl və ağıllı evlər tikilməlidir. Şəhər məkanları optimallaşdırılmalı, infrastruktur gücləndirilməli və ictimai xidmətlərin keyfiyyəti artırılmalıdır.

İkinci istiqamət kimi şəhərlərin təhlükəsizliyi və dayanıqlılığı önə çəkilib.

Risklərin idarə olunması şəhər idarəetmə sisteminə inteqrasiya edilməli, ictimai təhlükəsizlik sistemi gücləndirilməlidir.

Üçüncü təklif innovasiya və texnologiyaların tətbiqi ilə bağlı olub. Dördüncü istiqamət isə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı olub.

Çin urbanizasiya sahəsində təcrübəsini bölüşməyə, şəhərlər arasında əməkdaşlıq layihələrini və humanitar əlaqələri genişləndirməyə hazırdır”.

Çin nümayəndəsi bu il BMT-nin Yeni Şəhər Gündəliyinin qəbulunun 10 illiyinin qeyd olunacağını xatırladaraq bildirib ki, Çin bütün tərəflərlə birlikdə şəhərlərin daha yaşıl və təhlükəsiz gələcəyinin qurulmasına hazırdır.

O həmçinin əlavə edib ki, şəhərlər həyatı yaxşılaşdırır, əməkdaşlıq isə gələcəyi daha perspektivli edir.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir