Modern.az

Səlim Müslümov nazirliyə yeni Aparat rəhbəri təyin etdi

Səlim Müslümov nazirliyə yeni Aparat rəhbəri təyin etdi

Ölkə

28 Oktyabr 2013, 13:07

Modern.az saytının xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib. Belə ki, yeni nazir Səlim Müslümovun müvafiq əmri ilə Əjdər Feyzulla oğlu Cəbiyev Nazirlik Aparatının yeni rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə Elnur Kələntərovu əvəz edib.

Qeyd edək ki, Əjdər Cəbiyev əvvəllər Maliyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri, Mətbuat və protokol bölməsinin rəisi vəzifələrində işləyib. Əjdər Cəbiyev ədəbi dairələrdə "Əjdər Ol" imzası ilə tanınır.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı