st1:*{behavior:url(#ieooui) }
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirib. Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə fondun eksperti Sadiq Rzayev mövzusunun dünyada və ölkəmizdə gündəmdə olduğunu deyib və bu istiqamətdə müxtəlif təşkilatların üzərinə müəyyən məsuliyyət yükünün də düşdüyünü qeyd edib.
Ölkəmizdə yeni yaradılmış Bərpa olunan və Alternativ Enerji Mənbələri Agentliyi haqqında strukturundan və gələcək planlarından agentliyin direktor müavini Cəmil Məlikov ətraflı məlumat verib.
Tədbirdə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva, ARDNŞ-nin Ekologiya idarəsinin Energetika və Mexanika şöbəsinin rəisi Cahid Hüseynov, Milli Hidrometereologiya Departamentinin direktor müavini Sahib Xəlilov, BMT-nin Azərbaycan Nümayəndəliyinin İctimai İnformasiya Departamentinin nümayəndəsi İqrar Əliyev, Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehdiyev, ADNA-nın dossenti Fuad Məmmədov, BDU-nin nümayəndəsi Cəfər Malik Paşayev mövzu ətrafında çıxışlar eediblər.
Tədbirdə bildirlib ki, Yaxın gələcək üçün ənənəvi enerjidən istifadənin azaldılması, tədricən alternativ enerji mənbələri hesabına hasilatı çoxaltmaq Avropa Birliyi ölkələri üçün hədəfə çevrilib. Avropa ölkələri enerji tələbatının 20-30 faizini alternativ enerji mənbələri hesabına ödəməyi planlaşdırır.
Dünyada istehsal olunan elektrik enerjisinin 13,5% alternativ enerji mənbələri təşkil edir. Xüsusi ilə günəş enerjisindən fitoelementlər əsasında istehsalı onun maya dəyərinin 1-1,5 dəfə azalmasına imkan verəcək.
Hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1 m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda isə 1500-2000 kVts təşkil edir.
Azərbaycanın yerləşdiyi çoğrafi məkan alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə etmək üçün əlverişlidir.
Ona görə də respublikamızın resurs imkanları artdıqca alternativ və bərpa olunan enerji mənbələri kimi günəş və külək enerjisindən, biokütlədən, geotermal mənbələrdən və kiçik elektrik stansiyaların gücündən istifadə edilməsi həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəlidir.
Mail Ağaxanov