Modern.az

Avtomobil partladıldı, 18 yaralı var

Avtomobil partladıldı, 18 yaralı var

Dünya

19 May 2026, 22:17

Suriyanın paytaxtı Dəməşq şəhərində baş verən güclü partlayış nəticəsində azı 18 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanların hamısı dərhal xəstəxanaya yerləşdirilib. Suriya Müdafiə Nazirliyi isə insident nəticəsində bir hərbçinin həlak olduğunu açıqlayıb.

Bildirilib ki, ərazidə minalanmış avtomobil partladılıb. Hüquq-mühafizə orqanları dərhal hadisə yerini mühasirəyə alıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ