Belarusla əlaqələrimiz genişləndirmək üçün səylərimizi davam etdirəcəyik.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə birlikdə mətbuata açıqlamasında bildirib.
Spiker bildirib ki, parlamentlərarası əlaqələr də ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğundur.
“Mən nümayəndə heyətlərimizlə birgə görüş zamanı 2024-cü ilin iyununda Belarusa rəsmi səfərimi və keçirdiyim görüşləri, o cümlədən cənab Prezident Aleksandr Lukaşenko ilə görüşümü xoş təəssüratlarla xatırladım.
Ötən ilin fevralında Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycana rəsmi səfər etmişdir. Bu gün isə artıq cənab Sergeyenko ölkəmizdə rəsmi səfərdədir”.
S. Qafarova bildirib ki parlamentlərdədə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar.
“Deputatlarımız qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə təmsil olunurlar, ölkələrimizdə təşkil olunan prezident və parlament seçkilərində müşahidəçi kimi fəaliyyət göstərirlər” – o qeyd edib.