
Bütün cəmiyyətlərdə məmurlar barədə daha çox onların çatışmazlıqları müzakirə olunur. Hansısa məmurun müsbət keyfiyyətləri o qədər də diqqət çəkmir. Bu gün Azərbaycan cəmiyyətində nazirlər barədə də birmənalı fikir yoxdur. Çox vaxt nazirlərin savadsız olduğu, nəinki əcnəbi dildə, hətta öz dilimizdə belə, danışa bilmədikləri söylənilir.
Modern.az saytı məhz nazirlərin dil bilgiləri barədə qısa araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, nazirlərin əksəriyyəti ən azından ingilis və rus dilini bilir və bu dillərdə sərbəst danışırlar.
Azərbaycan hökumətinin başçısı Artur Rasizadənin rus və ingilis, Baş nazirin birinci müavini Yaqub Eyyubovun isə rus dilində sərbəst danışdıqları bildirilir.
Ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən baş diplomat Elmar Məmmədyarov 4 dildə sərbəst danışır. Xarici İşlər Nazirliyindən verilən məlumatda E.Məmmədyarovun rus, ingilis, italyan və türk dillərində mükəmməl danışdığı qeyd olunur.
Fövqəladə hallar naziri, general Kəmaləddin Heydərov rus və ingilis dilində sərbəst danışır.
Milli təhlükəsizlik naziri, general Eldar Mahmudovun da rus və ingilis dilində sərbəst danışdığı bildirilir.
Səhiyyə naziri Oqtay Şirəliyev də rus və ingilisi bilənlərin siyahısında yer alır.
Yeni təyin olumuş əmək və
Rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov türk, ingilis və rus dillərini bilir.
Mədəniyyət və turizm naiziri Əbülfəs Qarayev rus, ingilis, fransız və ispan dilini bilir. Nazir həmçinin digər Avropa dillərini də başa düşür.
Gənclər və idman naziri Azad Rəhimov Xarici Dillər Universitetinin bitirib. Nazir ingilis, rus və italyan dilillərini bilir.
Maliyyə naziri Samir Şərifov rus və ingilis dillərini bilir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov rus və ingilis dilini bilir.
Təhsil naziri Mikayıl Cabbarov rus və ingilis dillərini bilir.
Vergilər naziri Fazil Məmmədov da rus və ingilis dillərini bilir. Nazir, eyni zamanda, Anadolu türkcəsində sərbət danışır. Vergilər nazirinin mütəmadi olaraq xarici dildə mütaliə etdiyi bildirilir.
Nəqliyyat naziri Ziya Məmmədov rus dilini yaxşı, ingilis dilini isə orta səviyyədə bilir.
Ədliyyə naziri, general Fikrət Məmmədov da iki dil bilir – nazirliyin veb-saytındakı məlumata görə, ədliyyə naziri rus və ingilis dillərində yaxşı danışır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev rus və ingilis dilini bilir.
Qeyd: Məlumatlar nazirliklərdən verilib.
Pərvin ARZUQIZI