Modern.az

Etibar Məmmədov: "İlham Əliyev lazım olanı edir” - AÇIQLAMA

Etibar Məmmədov: "İlham Əliyev lazım olanı edir” - AÇIQLAMA

Ölkə

1 Noyabr 2013, 12:56

“Prezident kadr islahatları ilə bağlı lazım olanı edir”. Bunu Modern.az saytına açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, yeni  kadr dəyişikliyinin aparılması müsbət haldır. “Bu cür islahatların aparılması siyasi baxımdan perpektivli yanaşmadır. Yeni kadr təyinatlarının olması müsbət qarşılanır. Məncə, uzun şərhə ehtiyac yoxdu”.

Etibar Məmmədov 9 oktyabr prezident seçkilərinin nəticələri barədə şərh vermək istəməyib. AMİP lideri seçkilərdən sonra müxalifətin üzləşdiyi duruma da münasibət bildirməkdən imtina edib. “Milli Şura və  müxalifət haqqında ümumiyyətlə, danışmaq istəmirəm”.

Qeyd edək ki, AMİP lideri Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərinin nəticələri haqda bu günə kimi heç yerdə şərh verməyib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı