Modern.az

Nazirlər və generallar Səfər Əbiyevin oğlunun toyunda iştirak etdilər

Nazirlər və generallar Səfər Əbiyevin oğlunun toyunda iştirak etdilər

Ölkə

4 Noyabr 2013, 10:21


Prezidentin sərəncamı ilə oktyabrın 22-də istefaya göndərilən Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dünən ikinci oğluna toy edib.

Modern.az saytının məlumatına görə, “Buta Palace” sarayında keçirilən toy mərasimi yüksək təmtəraqla baş tutub.

Bir çoxları vəzifədən uzaqlaşdırılan generalın oğlunun toyunda yüksək vəzifəli məmurların iştirak etməyəcəyini proqnozlaşdırsa da, gözlənildiyinin əksi baş verib.

Belə ki, toyda iştirak edən qonaqlardan aldığımız məlumata görə, mərasimdə daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və digər nazirlər, yüksək çinli məmurlar, generallar iştirak ediblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı