Modern.az

Səfər Əbiyev yeni təyinat gözləyir

Səfər Əbiyev yeni təyinat gözləyir

Ölkə

9 Noyabr 2013, 13:18

S?F?R ?BIYEV ISTEFA ?RIZ?SI YAZIB

18 ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev bu il oktyabrın 22-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad  edildi.
İstefaya göndərilən general hazırda Bakıdakı evində dincəlir. Bu barədə Modern.az saytına generala yaxın mənbə məlumat verib. Bildirilib ki, yaxın aylarda Səfər Əbiyevlə bağlı yeni təyinat ola bilər və general özü də bunu ölkə rəhbərliyindən gözləyir. 63 yaşlı eks-müdafiə nazirinin hansı vəzifəyə göndəriləcəyi biləcəyinə gəlincə, generala yaxıb mənbə bu haqda hələlik məlumat vermək istəməyib.

General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı