Modern.az

Xaricdə yaşayan azərbaycanlı jurnalistlər: “Evli qadın və ana üçün işləmək asan deyil”

Xaricdə yaşayan azərbaycanlı jurnalistlər: “Evli qadın və ana üçün işləmək asan deyil”

Ölkə

12 Noyabr 2013, 10:11


Bir zamanlar Azərbaycan mediasında çalışan jurnalist xanımlar indi taleyin qisməti ilə müxtəlif ölkələrə köçüblər. Modern.az olaraq onları unutmadıq, həyat və fəaliyyətləri ilə maraqlandıq. Buyurun, siz də tanış olun:

Şahnaz Mətləbqızı 1999-cu ildə jurnalist fəaliyyətinə başlayıb. “525-ci qəzet” və “Reytinq” qəzetlərində çalışıb. 2000-2004-cü illərdə isə “Yeni Müsavat” qəzetində fəaliyyət göstərib. 2004-cü ildə Müsavat Partiyasından tanış olduğu Firudin bəylə ailə quraraq ölkəni tərk edib. Hazırda İsveçdə yaşayan Şahnaz xanım 2 oğul anasıdır:

“Jurnalist kimi fəaliyyət göstərmirəm. Burda iqtisadiyyat sahəsi üzrə doktorantura bitirmişəm. Elmi işim bələdiyyələrdə iqtisadi idarəçilikdən bəhs edir. Hazırda tərcüməçi işləyirəm”.

“Sara” TV, ATV telekanallarında və “Burc FM” radisosunda işləmiş Ləman Mehtiyeva 2003-cü ildə ailə qurandan sonra Moskvaya köçüb:

“2004-cü ildə Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional bölməsində mətbuat katibi işlədim. Daha sonra “İnteraz” TV-də xəbərlər verilişini, siyasi veriliş, daha sonra isə musiqili qonaqlar verilişini apardım. Qızım dünyaya gəldi və işləri buraxdım. Hazırda isə tərcüməçi işləyirəm. Moskvada iki uşaqla hər gün işləmək rahat deyil”.


Həyat yoldaşı və 2 övladı ilə bərabər indi İsveçdə yaşayan Könül Həsənovanın son iş yeri Azərbaycan Naminə Hərəkatda mətbuat xidmətinin rəhbəri olub. Bundan başqa o, “Ulus”, “Bakı xəbər”, “Aydınlıq”, “İntibah”, “Reytinq” qəzetlərində də çalışıb. 2005-ci ildə İran azərbaycanlısı Yaşar Muğanlı ilə ailə qurub Azərbaycanı tərk edən jurnalist xanım indiki fəaliyyəti barədə bunları deyir:

“Jurnalist işləmək üçün hələ çox çətindir. Amma insan haqlarıyla ilgili fəaliyyət göstərən bir təşkilatda könüllüyəm. Məndən evdar qadın olmaz, tanıyanlar bilir. Uşaqlar böyüyən kimi bağçaya verib oxumağa başladım. Mənim ixtisasım politoloqdur və burada o sahəyə düşmək çox çətindir. İndi pedaqoq kimi ixtisas dəyişimi etmək istəyirəm”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı