Modern.az

Şəhid İlqar Verdiyevin anası: “O yazını ürək ağrısı və göz yaşı ilə oxudum”

Şəhid İlqar Verdiyevin anası: “O yazını ürək ağrısı və göz yaşı ilə oxudum”

Ölkə

12 Noyabr 2013, 14:02

Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Goranboy istiqamətində minaya düşərək həlak olmuş zabiti İlqar Verdiyevin anası Rəna Verdiyeva Modern.az-da şəhid İlqar Mehdiyev barəsində dərc olunan yazıya münasibət bildirib.

”İlqar Mehdiyev haqqında yazı və şərhləri ürək ağrısı ilə göz yaşı tökərək, oxudum. Şəhid İlqar Verdiyevin anası olaraq bütün şəhidlərimizin ailəsinə səbr diləyirəm. Şəhidlər ölmürlər və heç vaxt unudulmurlar. Torpaqlarımız alınandan sonra onların puhları şad olacaqdır. Şəhidlər bizim qürurumuzdur. Onlarla fəxr edirik. Məkanları cənnət olsun”-deyə şəhid mayorun anası qeyd edib.

İlqar Verdiyev 31 oktyabr 1975-ci ildə Tovuz rayonunda doğulub. 1992-ci ildə orta məktəbi bitirib. Türkiyə Quru Qoşunları məktəbində mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı və “Qüsursuz xidmətə görə” üçüncü dərəcə medalı ilə təltif edilib.

2012-ci il iyunun 9-dan 10-na keçən gecə minaya düşüb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. Sağ qolunu itirən İ.Verdiyev hərbi hospitala yerləşdirilmiş və komadan ayılmamışdı.

İ.Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb.
2008-ci ildə nazir Səfər Əbiyevin əmri ilə Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsindən çıxarılıb Goranboyda (Murovdağ) yerləşən hərbi hissəyə bölük komandiri göndərilib.
İxtisasca mühəndis–istehkamçı olan İ.Verdiyev Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini işləyərkən mətbuatla əməkdaşlığına görə müsbət imic qazanmışdı. O, mayor hərbi rütbəsinədək yüksəlmişdi..

Mərhum ailəli idi, Kamran və Orxan adlı iki oğlu, Aminə adlı bir qızı yadigar qalıb.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı