Modern.az

Müsavatda seçki QALMAQALI - “Burada dava Rüfət-Əhliman davası deyil” - Uduzmuş gənc

Müsavatda seçki QALMAQALI -  “Burada dava Rüfət-Əhliman davası deyil” - Uduzmuş gənc

Ölkə

18 Noyabr 2013, 13:52

“Səsvermə prosesi zamanı heç bir saxtakarlıq olmayıb. Amma bu seçkidən əvvəl bizim gücümüzdən qorxan qüvvələrin hamısı birləşdilər. Təbii ki, bunlar da qurultay maraqları güdən qüvvələr idi”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərdə sədrlik postuna namizəd olan Rüfət Hacıbəyli deyib. O bildirib ki, bəzi qüvvələr qurultaydan sonrakı dövrdə vəziyyəti ələ almaq üçün nüfuzlu gənclərə qarşı hücum kampaniyası apardılar:

“İsa Qəmbər bildirib ki, qurultay keçirilən zaman başqanlıqdan gedəcək. Həmin qüvvələr də bu vəziyyətdən istifadə etməyə çalışırlar. Dezinformasiyalarla, şantajlarla belə vəziyyət yaratdılar. Deyirdilər ki, guya biz Məhəmməd Əmin Rəsulzadəyə, liberal xəttə qarşı çıxmışıq. Əhliman bəy Avropada təhsil alıb, perspektivli gəncdir. Mən ona uğur arzu edirəm. Burada dava Rüfət-Əhliman davası deyil. Bu daha çox qurultaya hesablanmış məsələ idi. Müsavat böyük partiyadır və burada böyük oyunlar gedir. Əhliman bəy 2 il idi ki, ölkədə deyildi, 1 aydır ki, gəlib. Təsəvvür edin, bunu necə təşkil etdilərsə, bu cür alındı. Onlar gənclərə bir-bir təzyiq edirdilər. Müsavatın Salyan Rayon Təşkilatına ciddi təzyiqlər etdilər. Biz seçkilərlə məşğul olmadıq, Cəmil Həsənlinin seçki kampaniyasında fəal iştirak etdik. Bunlar da bu vəziyyətdən istifadə edib, rayon təşkilatlarına həqiqətə uyğun olmayan informasiyalar ötürürdülər”.

R. Hacıbəyli bəzi müsavatçı gənclərin seçki zamanı saxtakarlığa yol verməsi ilə bağlı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını adını hallandırmalarına da münasibət bildirib:

“Seçkidə Təşkilat Komitəsinin bəzi işçiləri ciddi təzyiqlər edirdilər. Arif bəyin adını çəkirsinizsə, bunu onun özündən soruşsanız, daha yaxşı olardı. Zamanında lazım olsa, ad açıqlayacağıq”.

Qeyd edək ki, dünən Müsavat Gənclər Təşkilatına sədrlik postuna seçkilər keçirilib. Seçkidə iki nəfər- Rüfət Hacıbəyli və Əhliman Abbasov mübarizə aparırdı. Seçki mübarizəsində Əhliman Abbasov 59% səslə qalib gəlib.

İlkin PİRƏLİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı