Modern.az

Putin Ermənistanın iştirakı ilə Avrasiya Ordusu YARADIR

Putin Ermənistanın iştirakı ilə Avrasiya Ordusu YARADIR

Ölkə

20 Noyabr 2013, 11:53

Moskva regional ordu qrupu yaratmaq barədə qərar qəbul edib   


Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində regional ordu qrupu yaratmaq barədə qərar qəbul edib. Modern.az saytı bildirir ki, bu barədə prezident Vladimir Putin Kremldə yüksək çinli zabitlərə hərbi rütbələrin verilməsi mərasimi zamanı etdiyi çıxışında bildirib.

V.Putin regional ordu qrupunu təşkil edəcək ölkələrin adlarını da açıqlayıb.

“Biz Ermənistan, Belorus, Qazaxıstan və Tacikistanla birlikdə regional ordu qrupunun yaradılmasına hazırlaşırıq. Eyni zamanda Ermənistan və Qazaxıstanla vahid Hava Hücumundan Müdafiə sistemi qurmağı planlaşdırırıq”-deyə Kremlin sahibi bildirib.

Putinin sözlərinə görə, Moskva  daim hərbi dairələrin, strateji qüvvələrin döyüş hazırlığını yoxlamasını davam etdirir. “Ənənəvi tərəfdaşlarımızla və müttəfiqlərimizlə əməkdaşlığımızı genişləndircəyik”-deyə o, bildirib.

Rusiya prezidenti qeyd edib ki, belə əməkdaşlıq Rusiyanın və onun tərəfdaşlarının müdafiə potensialını yüksəldəcək. “Bu addımlar Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək”-deyə Putin vurğulayıb. 

V. Putin həmçinin əks-kəşfiyyat fəaliyyətini Federal Təhlükəsizlik Xidməti üçün prioritet istiqamət kimi qaldığını deyərək dövlət sərhəddinin qorunmasının xüsusi əhəmiyyəti olduğunu bildirib. 

O, milli təhlükəsizliyin möhkəmlənməsində xarici kəşfiyyat xidmətinin xüsusi rol oynadığını deyib. “Ölkəmizin ətrafında hansı potensial təhlükələrin olduğunu və bunun bizə təsir imkanlarını araşdırmaq üçün xarici kəşfiyyatın materialları mühüm əhəmiyyət daşıyır”-deyə Putin bildirb.

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı