Modern.az

Fərhad Əliyev Azərbaycanı TƏRK edib - YENİLƏNİB

Fərhad Əliyev Azərbaycanı TƏRK edib - YENİLƏNİB

Ölkə

21 Noyabr 2013, 15:33

Azərbaycanın kemiş iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkəni tərk edib. Bu barədə Modern.az-a daxil olan məlumatda bildirilir ki, bu ilin oktyabr ayında əfv sərəncamı ilə həbsdən azad edilən F.Əliyev səhhəti ilə bağlı müayinə olunmaq üçün Almaniyaya gedib. Orada eks –nazir zəruri müayinəlrədən keçməyi planlaşdırır. Uzun müddət həbsxana həyatı yaşamış eks-nazir sağlamlığı ilə bağlı bəzi problemləri yaranıb.

F. Əliyev həbsdən azad edildikdən sonrakı müddətdə yalnız ailəsi ilə birgə olub və KİV-lə hər hansı təmas qurmaqdan imtina edib.

F.Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində onu öz xidməti kabinetində həbs etmişdilər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 14 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

***

Bu arada məlum olub ki, Fərhad Əliyev artıq Almaniyadan İngiltərəyə gedib. 

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra ilk dəfə oğlu Yusiflə görüşüb. Bunu “Media forum” saytına Fərhad Əliyevin yaxınları bildiriblər.

Məlumata görə, görüş Böyük Britaniyanın London şəhərində baş tutub. Fərhad Əliyev Londona xanımı ilə birlikdə gedib.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Yaxınlarının “Media forum”a dediyinə görə, Fərhad Əliyevin oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub.

Ailənin Bakıya nə vaxt dönəcəyi haqda “Media forum”a məlumat verilməyib.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı