Modern.az

“Uçan ələm”lə gəzən siyasətbaz cadugərlər!

 “Uçan ələm”lə gəzən siyasətbaz cadugərlər!

Ölkə

22 Noyabr 2013, 18:04

Dini mövzularda mübahisələri xoşlamıram. Hər kəs inanıb-inanmamaqda azaddır. Lakin bu məsələdə elə məqamlar var ki, ölkənin taleyində ”sarı sim” rolunu oynaya bilər.

... Aşura təziyələrində bu il Sabirabad dillər əzbəri oldu.. “Uçan ələm” qəziyyəsini yəqin ki, hamı bilir. Tarix boyu insan cəhalətin və dini qaraguruhun pressinqindən çox əziyyət çəkib. Allah tərəfindən nazil olunan səmavi dinlər və onun mesajını çatdıran elçilərinin xeyirxah niyyətləri insanların tamah və  nəfsləri ucbatından bəzən materialst çalar daşıyıb.  Dünyada cahangirlik etmək istəyənələr üçün din öz çirkin niyyətlərini gizlətmək üçün bir vasitə olub... Xaç yürüşlərini xatırlayın. “İsa döyüşçüləri”nin “ilahi əmri yerinə yetirmək” cəhdi həris qənimət arzularnadan o yana keçmədi. Şərqdə törətdikləri vəhşət dillər əzbəridir.  Yaxud bu gün ”Əl Qaidə”  qılafında Şərqdə bir kabus kimi gəzən cərəyana baxın... Arxasından kimin kölgəsinin gizləndiyini təxmin etmək çətin deyil. “İslam” adını  ölkələrin sərhəd xəttinin yenidən çəkilməsi üçün bir silaha çevirən dünyagir siyasətbazlar üçün müqəddəs heç nə yoxdur. Körüklənən bu ocağın bir hədəfi var: İnsanı insanla üz-üzə qoymaq..

...Azərbaycanda ateistlərin inanclı vətəndaşlarla mübahisələri bu baxımdan qorxuludur. Köklü etiqad yiyəsi olan azərbaycanlılar tarixin heç bir qatında imansız olmayıblar. Zərdüştdən başlamış ta Məhəmməd peyğəmbərə qədər .. Söhbət bunda deyil. 21-ci yüzilikdə işə düşmüş  “dini təfriqə” prosesi dövlətin təşəkülü üçün ciddi təhlükələr doğurub.  Azərbaycan da onun bəzi fəsadlarını hiss etməkdədir.

Fikrimcə,  Azərbaycan vətəndaşlarının əksəriyyətinin  etiqad etdiyi islam dininə olan hucumlar müstəqil ölkənin fundamentinin laxladılmasına yön verən prosesdir. Burada vacib detallara diqqət yetirmək lazımdır: Nəzərə almalıyıq ki,

...İslam dini Azərbaycan bu ölkədə yaşayan xalqların bir-birinə bağlılıının təcəssümüdür..

..İslam dini Azərbaycanın bütövlüyünü təsqidləyən mühüm komponentdir.. 

Nə qədər qəribə olsa da din faktoru totalitar, ateist SSRİ-də yaşayan azərbaycanlıların milli birlik kodunun mühafizə edilməsində fövqaladə xidməti olan bir amil olub.  

Cəhalət və xürafata qarşı etiraz heç bir halda vətəndaşların dini inancına müdaxilə ilə yanaşı ola bilməz. Belə müdaxilə  ölkədə vətəndaş sülhünü zədələyə biləcək təhlükəni “şüşədən buraxa” bilər..

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı