Modern.az

Hacı Şahin Həsənli: “Mənə qarşı terror hədəsindən Facebook-la xəbər tutmuşdum”

Hacı Şahin Həsənli: “Mənə qarşı terror hədəsindən Facebook-la xəbər tutmuşdum”

Ölkə

23 Noyabr 2013, 11:16

“Nə telefonuma, nə də ailə üzvlərimə qarşı birbaşa şəkildə heç bir təhdid olmayıb”. Bunu Modern.az saytına açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Milli Təhlükəsizlik Nazirliyinin zərərsizləşdirdiyi dəstə haqqında danışarkən deyib.

“Hazırda İstanbuldayam. Bir azdan Bakıya uçacağam. Bu gün baş verənlərdən xəbərim yoxdur. Mənə qarşı terror hazırlanması barədə sosial şəbəkələrdən xəbər tutmuşam. Hamıda olan məlumat məndə də var. Sadəcə, sosial şəbəkələrdə belə bir çağırış yayılmışdı ki, özünü “Meşə qardaşları” kimi adlandıran radikal qrup tərəfindən terror hadisəsi planlaşdırılır. Yalnız belə məlumat əldə etmişəm”.

Qeyd edək ki, bir müddət öncə “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı Facebook sosial şəbəkəsində şiə təriqətinə mənsub şəxslərə qarşı “cihada başlamaq” kimi çağırışlar səslənib.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində iki nəfər həbs olunub.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı