Modern.az

İntiharlar Ermənistanı diz çökdürür

İntiharlar Ermənistanı diz çökdürür

Ölkə

27 Noyabr 2013, 11:57


Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması səbəbindən ermənilər ölkəni kütləvi şəkildə tərk etmək məcburiyyətindədirlər. Azərbaycanın qədim torpağı olan  Qarabağı havadarlarının dəstəyi ilə işğal edən Qarabağ ermənilərinin Ermənistanda siyasi hakimiyyəti də ələ keçirməsi nəticəsində bu ölkə vətəndaşlarının normal yaşamaq haqqı tamamilə məhdudlaşdırılıb. Yaşından və cinsindən asılı olmayaraq Ermənistan əhalisinin iki çıxış yolu qalıb: ya baş götürüb ölkəni tərk etmək, ya da könüllü olaraq həyatlarına qəsd etmək. Ölkəni tərk edənlər kimi, həyatdan da birdəfəlik gedən ermənilərin sayı ildən-ilə artır. Bunu Ermənistandakı rəsmi mənbələr də təsdiqləyir.

Ağır sosial vəziyyət və depressiya

Ermənistandakı intiharların əsas səbəbi ağır iqtisadi-sosial vəziyyət və depressiyadır. Bu haqda Ermənistanın səhiyyə nazirliyinin baş psixiatrı, nazirliyin ruhi xəstəliklər tibb mərkəzinin direktoru Samvel Torosyan məlumat verib: “Məhz sosial vəziyyətin ağırlığı üzündən Ermənistnda kişilər ömürlərinin işgüzarlıq cəhətdən aktiv çağlarında ailələrinin maliyyə problemlərini həll edə bilmədiklərinə görə intihar edirlər. Depressiyaya gəldikdə, bu, müxtəlif səbəblərlə bağlıdır. Məsələn, tənhalıq bizim respublikada intiharların yayılmasının daha bir səbəbi sayılır”.

O, digər səbəblər arasında dini motivləri də qeyd edib: “Baxmayaraq ki, belə faktlar da baş verir, amma indiki halda bunlar depressiyaya düşənlər və sosial problemlərə görə intihar edənlərlə müqayisədə xeyli azdır”.

Bütün dünyada olduğu kimi Ermənistanda da qadınlar kişilərlə müqayisədə intihara daha çox cəhd edirlər. Psixoterapiya mütəxəssisi olan Tsolak Akopyanın sözlərinə görə, Ermənistanda da kişilər intihar niyyətlərini axıra qədər yerinə yetirməkdə daha israrlı olurlar. Akopyan onu da qeyd edib ki, kişilər özlərini asır, yaxud güllələyirlər, qadınlar isə müxtəlif dərmanlar qəbul edirlər: “Bu seçim onunla bağlıdır ki, qadınlar hətta intihara cəhd zamanı ölüm öncəsi necə göründüklərini düşünürlər”. 

Ekspertlər hesab edirlər ki, intiharların qarşısının alınması üçün psixoloji yardım üçün xüsusi mərkəzlər yaradılmalıdır, eləcə də psixoloqlar institutunu inkişaf etdirmək vacibdir.

Gənc qızla danışandan sonra özünü eyvandan atıb

Ermənistanın Təhsil və elm nazirliyinin yerləşdiyi binanın 6-cı mərtəbəsindən 22 yaşlı Ayk Ayrapetyan özünü atıb. O, Təbiəti mühafizə nazirliyinin daxili auidit şöbəsinin dil üzrə mütəxəssisi işləyib. Ayk Ayrapetyan 4 il əvvəl “Şant” telekanalındakı “Kim milyonçu olmaq istəyir?” verilişində iştirak edərək 500 min dram qazanmaqla diqqəti cəlb etmişdi. Onun  təbiəti mühafizə naziri Aram Arutyunyanın uzaq qohumu olduğu bildirilib. Şayiələrə görə, gənc oğlan uzun telefon danışığından sonra özünü öldürüb. Bəzi məlumatlara görə, o özünü eyvandan atan anda mobil telefonu hələ də söndürülməmiş olub.

Yaşlı kişi özünü qatarın altına atıb

Avqustun 7-də 78 yaşlı Parqev Baqdasaryan Armavir vilayətinin “Eçmiədzin” dəmiryolu stansiyasında özünü qatarın altına atıb. Ağır kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada dünyasını dəyişib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı müəyyənləşdirilib.

Ermənistan ordusunda intiharlar

Ermənistanda təkcə sosial vəziyyətin dözülməz olduğu səbəbindən mülki şəxslər deyil, hərbçilər də özlərini öldürülər.

Ermənistan Silahlı Qüvvələrinin həqiqi hərbi xidmətçisi Manuçar Manuçaryan tabeliyindəki avtomat silahla özünü güllələyib. Hadisə onun hərbi xidmətdə olduğu hərbi hissənin keçikçi məntəqəsində baş verib.

Ermənistan ordusunun digər əsgəri Qabriel Lalazaryan isə hərbi hissələrdən birinin ərazisində asılımış vəziyyətdə aşkarlanıb. Hadisə iyulun 5-də axşam saatlarında qeydə alınıb.

23 yaşlı əsgər Vardan Avakyan bu il yanvarın 31-dən fevralın 1-nə keçən gecə  hərbi hissələrdən birinin alayının silah otağında özünü güllələyib.

Ermənistan Silahlı Qüvvələrinin qulluqçusu Ruben Davtyan isə hərbi təlim və təcrübə meydanında özünü avtomat silahla güllələyib. O, hərbi hospitala aparılarkən yolda keçinib.

Ermənistanda 3 ildə intihar və intihara cəhd 25 faiz artaraq 740 fakta çatıb

Ermənistanda intiharlar və cəhdlər üç il ərzində 25 faiz artaraq 2012-ci ildə 740 fakta çatıb. Bu haqda respublikanın Milli Statistika Xidməti məlumat verib. Statistikaya görə, üç il ərzində ən çox artım 2012-ci ildə qeydə alınıb. Həmin il intiharlar və cəhdlər 2011-ci illə müqayisədə 14,3 faiz artıb. 2012-ci ildə baş verən intihara cəhd və intiharların böyük hissəsi əhalinin kişi hissəsinin payına düşüb - 424 hadisə (2011-ci illə müqayisədə 4,7 faiz artıb), qadın əhali arasında isə 316 hadisə (artım 30,5 faiz olub). Statistikaya görə, 2012-ci ildə 214 intihar faktı qeydə alınıb ki, bu da 2011-ci ildəkindən 9,7 faiz çoxdur. Həyatına qəsd edənlərin 157-si kişi, 57-si qadın olub. Könüllü olaraq özlərini həyatdan məhrum edənlərin çoxunun yaşı 30-65 arasında olub – 2012-ci ildə 118 hadisə. Ardınca yaşı 65-dən yuxarı olanlar gəlir (64 hadisə). 18-29 yaşda intihar edənlər 22 nəfər olub. 10 intiharı isə yaşı 17-yə qədər olanlar reallaşdırıblar. 2012-ci ildə özlərinə qəsdə cəhd edənlərin sayı 526 nəfər olub (2011-ci illə müqayisədə bu göstərici 16,3 faiz artıb). Onların 267-si kişi və 257-si qadın olub. Həyatına son qoymağa cəhd edənlərin əksəriyyəti 30-65 yaşlarında (238 fakt) olub. İntihara cəhd edənlər arasında 18-29 yaşlılar 205 nəfər olub, yaşı 65-dən yuxarı olanların sayı 51, yeniyetmələr (yaşı 17-yədək) 32 nəfər olub.

İntiharların böyük əksəriyyəti işsizlərin payına düşüb - 48,1 faiz, daha az hadisə məktəblilər və tələbələrin payına düşüb (3,3 faiz). İntihara cəhd edənlərin də əksəriyyəti işsizlərdir (58,2 faiz), işləyənlər daha az (5,5 faiz) intihara cəhd edirlər. Milli Statistika Xidmətinin məlumatına görə, həyatlarına qəsd edənlərin əksəriyyəti istəklərini özlərini asmaqla (62,6 faiz) reallaşdırırlar. İntihar edənlərin daha az hissəsi özlərini hündürlükdən atıblar - belə hadisələr 2,5 faiz olub. Uğursuz intihar yolu seçənlər bu məqsədlə ya dərman həbləri, ya da zəhərli maddələr qəbul ediblər (38,2 faiz).

Yerevan - intiharlar şəhəri

Ermənistan paytaxtında yaşamağa məhkum olanların həyat səviyyəsi getdikcə pişləşdiyindən yerevanlılar özlərini müxtəlif vasitələrlə həyatdan məhrum etmək yolunu seçirlər. İntihar edənlərin arasında təkcə sadə vətəndaşlar deyil, tanınmışlar da var. Ermənistanın tanınmış iş adamı Mişa Kalantaryan Yerevandakı şəxsi evində ölü tapılıb. Onun TT  markalı tapança ilə başına atəş açdığı bildirilib. 70 yaşlı Mişa Kalantaryan Ermənistanda biznesmen kimi tanınan Ayrapetyan qardaşlarından biri idi. Onların Yerevanda “Ayastan” ticarət mərkəzi, ippodrom və BMW mağazalar şəbəkəsi var.

Ermənistan paytaxtındakı mənzillərin birində həyatına qəsd edən qadının meyiti aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, intihar edən 56 yaşlı L.Qaloyandır. 17 yaşlı Yerevan sakini Kiyev körpüsünün üstündən özünü atıb və hadisə yerindəcə keçinib. Məlum olub ki, həyatına qəsd edən 17 yaşlı paytaxt sakini T.Petrosyandır.

Sevgilisi atan kişi özünü öldürdü

Loriyski vilayətinin Vanadzor şəhərində 56 yaşlı kişinin asılmış meyiti tapılıb. Kişinin cibində tapılan məktubda yazılıb: “Mən bu sətirləri yazıram ki, biləsiniz, cinayətkar deyiləm, oğru da deyiləm, amma bimirəm nə səbəbdən mənimlə maraqlanırlar. Mən bir qadını sevirəm, məni dəli edib. İki ildir biz bir-birimizi sevirdik, amma o məni təkr etdi”.

İntihar edən polisin məktubu tapıldı

Sentyabr ayının 23-də Ermənistanın Loriyski vilayətinin Vanadzor şəhərində özünü öldürən polis əməkdaşı intihardan əvvəl məktub yazıb. 36 yaşlı David Mailyan yazıb: “Hamınızı sevirəm, bütün ailə üzvlərimi,  öz həmkarlarımı və xahiş edirəm ki, bu addımıma görə heç kəsi günahlandırmayasınız”.

İntiharlar ildə bir kəndi yox edir

Ermənistanda il ərzində baş verən intiharlar kiçik bir kəndin yox olmasına səbəb olur. Bu haqda sosioloq Aqaron Adibekyan məlumat verib. Onun sözlərinə görə, Ermənistanda ən geniş yayılan intihar vasitəsi asılmaqdır, çünki kəndir tapmaq asandır, eləcə də özünü körpüdən atmaq. O qeyd edib ki, ABŞ-da ən geniş yayılan intihar vasitəsi odlu silahdan istifadədir, ona görə ki, satışı sərbəstdir. Ermənistanda isə silahla özünü vurmaqla yalnız dövlət məmurları və cinayətkarlar intihar edə bilərlər: “İngiltərə kömürdən qaza keçəndə orada intiharların böyük hissəsi qazla zəhərlənmə ilə həyata keçirilirdi. Ermənistanda isə çox sayda dərman preparatı qəbul etməklə də intihar edirlər”. 

Ata və oğul intihar etdi

Yerevanda 62 yaşlı Petros Qalistov və onun 30 yaşlı oğlu Artur Qalustyan şəxsi mənzillərində özlərini asıblar. Məlum olub ki, intihara səbəb borc olub. Bir neçə gün sonra paytaxtdakı Razdan körpüsündən 21 yaşlı Susanna özünü atıb. Səbəb gənc qızın istəmədiyi halda hamilə qalması olub. 

Sosioloq Qevork Poqosyanın fikrincə, Ermənistan əhalisini intrihara sürükləyən başlıca səbəb iqtisadi böhrandır: “Ölkədəki işsizliyin səviyyəsi 40 faizdir, bu da MDB məksanında ən yüksək göstəricidir. Xaricdə işləyən mühacirlər həmin ölkələrdə ortaya çıxan problemlər səbəbindən Ermənistandakı qohumlarına az kömək etməyə məcburdurlar. Pul köçürmələrinin miqdarı azalıb. Ölkə əhalisinin 30 faizindən çoxu bu gün kasıblıq həddidnədəir. Ermənistandakı gənc insanların böyük hissəsi öz gələcəyini görmür.

Həkim özünü asdı

Yerevandakı “Erebuni” tibb mərkəzinin uroloq həkimi 48 yaşlı Armen Tumanyan şəxsi mənzilində asılmış vəziyyətdə tapılıb. Tibb mərkəzinin baş həkimi Artur Postomyanın məlumatına görə, intihar edən xəstəliyi səbəbindən bir həftə idi işə çıxmırmış.

Vəkillər Palatasınln üzvü özünü körpüdən atdı

Ermənistan vəkillər palatasının üzvü, vəkil Norayr Mikaelyan özünü Yerevandakı Kiyev körpüsünün üstündən ataraq həyatına qəsd edib. O, intihardan əvvəl məktub yazıb. Amma onun məzmunu açıqlanmayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı