Modern.az

Məmməd Əmin Rəsulzadə eks-prezidentdirmi?

Məmməd Əmin Rəsulzadə eks-prezidentdirmi?

Ölkə

3 Dekabr 2013, 12:44

Bu günlərdə bir xronika diqqətimi cəlb etdi.

1) Yanvar 1990 –cı il.  SovİKP  MK Plenumunun qərarı:  Ayaz Mütəllibov Azərbaycan KP MK-nın 1-ci katibi təyin edilsin.

2) May 1990-cı il.  Azərbaycan SSR Ali Sovetinin qərarı:  Deputatlar Ayaz Mütəllibovu  Azərbaycan SSR-in prezidenti seçir.

3) Sentyabr 1991-ci il.  Ümumxalq səsverməsi – Ayaz Mütəllibov Azərbaycan SSR-in prezidenti seçilir.

4) Oktyabr 1991-ci il.   Müstəqillik aktı qəbul olunur və   Ayaz Mütəllibov bu dəfə müstəqil Azərbaycanın prezidentidir. Ümumxalq seçkisi keçirilmədən.

5) 6 mart 1992-ci il  -  Ayaz Mütəllibov istefa verir.

6) 14 may 1992 –ci il – Ayaz Mütəllibov yenidən prezident seçilir.

7) 15 may 1992-ci il – vəzifəsindən  rəsmi istefa vermədən Moskvaya gedir və ya qaçır.

Xronikaya fikir verin Ayaz Mütəllibov 2 il 4 ay ərzində  Azərbaycana 5 dəfə rəhbər təyin olunub və seçilib, bir dəfə isə  eks-prezident.  Yaddaşım aldatmırsa 6 mart 1992-ci ildə Ayaz Mütəllibov könüllü-könülsüz istefa verdi. İstefası da Ali Sovet, deputatlar tərəfindən qəbul edildi. Həmin sessiyanın qərarıyla da  ona  eks-prezidentlik statusu verildi. Təqaüd, cangüdən ayrıldı.  

Bu tarixdir. Onu heç kim dəyişdirə bilməz. Amma məni bir məqam maraqlandırır. Müstəqil Azərbaycan   1991-ci ildə qəbul olunan Konstitutsiya Aktına görə Azərbaycan SSR-in deyil, 28 may 1918-ci ildə qurulan Demokratik Cümhuriyyətin  hüquqi varisi elan olunub.

Məsələ 29 dekabr 1991-ci ildə referenduma çıxarılıb və xalqımız ölkənin müstəqilliyinə, suverenliyinə, istiqlaliyyətinə səs verib.  Bütün dövlət atributları – bayrağı, gerbi, himni dəyişdirilib. Təkcə prezidenti SSRİ dövründən miras qalıb.

Müstəqillik dövründə ilk ümumxalq prezident seçkisi isə  7 iyun 1992-ci ildə keçirilib. Əbülfəz Elçibəy prezident seçilib. Çox maraqlıdır...  bəs onda Müstəqil Azərbaycanın ilk prezidenti kimdir?  

İkincisi də ki, əgər müstəqil Azərbaycan Demokratik Cümhuriyyətin varisidirsə,  bayrağı, gerbi, himni olduğu kimi indiki  dövlətimizə tətbiq olunubsa, onda niyə Məmməd Əmin Rəsulzadəyə eks-prezidentlik  statusu verilməməlidir?

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı