Modern.az

Azərbaycanda ən soyuq qış - Nazirlik rəsmisi ondan danışdı

Azərbaycanda ən soyuq qış - Nazirlik rəsmisi ondan danışdı

Ölkə

3 Dekabr 2013, 15:26


Dekabrın ilk günlərindən başlayaraq Azərbaycan ərazisində havalar soyumağa başlayıb. Günlər keçdikcə, qış öz sərt üzünü daha qabarıq göstərəcək. Hələlik sinoptiklər mövsümün kəskin soyuq, yaxud dəyişkən keçib-keçməyəcəyi barədə proqnoz vermirlər. Lakin əhali qarşıdakı qışın çox soyuq keçəcəyini gümanındadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Umayra Tağıyevanın Modern.az-a verdiyi məlumata görə, ötən illərlə müqayisədə Azərbaycanda ən soyuq hava 2002-ci ilin dekabrında müşahidə olunub. O zaman Bakıda havanın orta aylıq temperaturu 1,9 dərəcə təşkil edib. Bu isə illik normadan 5 dərəcə aşağı olub.

“120 illik meteoroloji müşahidələrə görə isə 1924-cü ilin dekabr ayının 26-da Bakı üçün ən soyuq hava qeydə alınıb ki, həmin vaxt temperatur “– 9” dərəcə təşkil edib. Bu ilin son ayında isə havanın orta aylıq temperaturunun iqlim normasından aşağı, bəzi rayonlarda isə iqlim normasına yaxın olacağı gözlənilir. Belə ki, birinci ongünlüyün əvvəlində hava şəraitinin anomal soyuq keçəcəyi, ikinci və üçüncü ongünlüyün bəzi günlərində havanın orta sutkalıq temperaturunun iqlim normasından 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti (gecələr 3-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər isə 7-12, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı gözlənilir”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı