Modern.az

Azərbaycanda əlillərin 60 faizi bu statusu saxta yolla əldə edib - İlkin yoxlamanın NƏTİCƏSİ

Azərbaycanda əlillərin 60 faizi bu statusu saxta yolla əldə edib - İlkin yoxlamanın NƏTİCƏSİ

Ölkə

9 Dekabr 2013, 12:36


Yaxın günlərdə əlillik dərəcəsi alanlar yenidən Tibb-Sosial Ekspert Komissiyasının (TSEK) “test”indən bir daha keçməli olacaq. Modern.az-ın əldə etdiyi özəl məlumata görə, ilkin yoxlamalara görə, əlillik pensiyası alanların 60 faizinin saxta arayışlarla status əldə etməsi müəyyənləşib.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əllilik statusunun verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsi təklifi ilə çıxış etmişdi. Onun sözlərinə görə, hazırda xeyli sayda insan saxta əlillik statusu daşıyır. Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsindən sonra bu sahədə vəziyyətin düzələcəyinə ümid edən H. Rəcəblinin təklifinə nazirlikdən münasibət gəlib. Onu da deyək ki, bunu Səlim Müslümov da əmək və əhlainin sosial müdafiəsi naziri təyin olunduğu ilk günlərdən Naxçıvan təcrübəsindən yararlanacağını söyləmişdi. O, prosesin Naxçıvanda Avropa standartlarına uyğun aparıldığını və Ali Məclis sədrinin qərarı ilə əlillik dərəcəsi alanların hər biri yoxlanışdan keçirildiyini demişdi.

“Qeyri-qanuni yolla əlilliyə görə təqaüd alan şəxslərin dərəcələri ləğv ediləcək”, – deyə Səlim Müslümov bildirmişdi. 

Onu da deyək ki, saxta əlililik sənədlərinin alınmasının kütləviləşməsi ötən əsrin 90-cı illərinin ortalarına – iqtisadi böhran dövrünə təsadüf edir. Zavod və fabriklərin qapadılması, kolxoz-sovxozların dağıdılması nəticəsində yaranmış böhran insanı alternativlər haqda düşünməyə məcbur etdi. Bu alternativlərdən biri də saxta yolla əlillik sənədi düzəltmək və pensiya almaq idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin o vaxtkı rəhbərliyi də kağız üzərində əlil olmaq istəyənlərə məmnuniyyətlə yaşıl işıq yandırırdı. Çünki saxta əlillik dərəcələrinin verilməsi çox “gəlirli biznesə” çevrilmişdi. Saxta əlillik dərəcələrini təsdiq edən nazirliyin tibbi-sosial ekspert komissiyalarının sədrləri isə o dövrün oliqarxlarından sayılırdı. Sonradan bu tendensiya bir qədər zəiflədi. Çünki əlillərin sayının kəskin artması hakimiyyət çevrələrində də narazılığa səbəb olmuşdu.

2006-cı ildən başlayaraq bu tendensiya yenidən gücləndi. Tibbi-sosial ekspert komissiyaları da buna dərhal adekvat reaksiya verib saxta əlillik sənədlərinin verilməsini artırmağa başladılar. Komissiyalar o qədər korrupsiyalaşmışdı ki, hətta həqiqi əlillərin sənədlərini rüşvətsiz qəbul etmirdilər. Təsadüfi deyil ki, antikorrupsiya kampaniyasının ilk dalğasında tibbi-sosial ekspert komissiyalarının xeyli rəhbər şəxsi həbs edildi. Ancaq bu problem yenə həllini tapmadı.

İndi yeni təyin olunan nazir bu məsuliyyəti öz ciyinlərinə götürərək məsələnin həlli yollarını axtarmağa başlayıb. O, ilk olaraq saxta əlilik dərəcəsi alanlara qarşı mübarizə apararaq onların hər birinin yoxlanılacağını bildirib. Hətta nazir bununla bağlı bəzi komissiya sədrlərinə xəbərdarlıq da edib. Xəbərdarlığın ardınca 14 rayonun komissiya sədrləri işlərindən azad olunub.  

Nazir bir növ, yerdə qalan komissiya sədrlərinin “gözünün odunu” alaraq, saxta əlillik dərəcəsi düzəldənləri eyni aqibətin gözləyəcəyini əməldə göstərməklə iş başında olanlara növbəti xəbərdarlığını etdi. Yəni bundan sonra  proses Azərbaycanın bütün regionlarında da eynilə aparılacaq. Bu gündən etibarən araşdırmalara başlanılıb. Saxta əlil statusları da ləğv olunacaq.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı