Modern.az

“Azərenerji” rəhbəri: “İşıqpulu qaldırılmayacaq” - AÇIQLAMA

“Azərenerji” rəhbəri: “İşıqpulu qaldırılmayacaq” - AÇIQLAMA

Ölkə

12 Dekabr 2013, 10:44

2014-cü ilin dövlət büdcəsi müzakirə olunarkən gələn ildən ölkədə elektrik enerjisinin qiymətində artım olacağı ilə bağlı fikirlər səsləndirilirdi. Xüsusilə Tarif Şurasının benzinin artması ilə bağlı müvafiq qərarından sonra elektrik enerjisinin bahalaşacağı ilə bağlı söz-söhbətlər daha da aktuallaşıb.

Modern.az xəbər verir ki, bu gün “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında bu məsələyə aydınlıq gətirib. O,qeyd edib ki, hələlik Tarif Şurasına elektrik enerjisinin artımı ilə bağlı müraciət edilməyib.

“Biz Tarif Şurasına elektrik enerjisinin artımı ilə bağlı müraciət etməmişik. Hələki buna ehtiyac duyulmur”.

“Azərenerji” sədri deyib ki, ölkədə lazımi qədər enerji var: “Amma deyə bilmərik ki, biz qışa tam hazırıq”.
ASC sədri qeyd edib ki, bu gün müşahidə edilən belə soyuq və qarlı havalarda elektrik enerjisinin verilməsində fasilələr yarana bilər. “Ona görə deyə bilmərik ki, biz qışa tam hazırıq”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı