Modern.az

Bizdə (Qobuda) hayat işde böyle arkadaşlar...

Bizdə (Qobuda) hayat işde böyle arkadaşlar...

Ölkə

12 Dekabr 2013, 13:17

Vallah, yenə şikayətlənmək, zarımaq olmasın, onsuz da vecinə alan kim..., ilk qar yenə bizə-Qobu camaatına düşərli olmadı... Gecədən qarın yağması ilə-təxminən 11-in yarısı radələrindən- işıqlarımız yenə söndü, söndürdülər desəm, daha doğru olar... Onsuz da öyrəncəliyik, bir növ adətkardayıq... Qar yağar-yağmaz, külək əsər-əsməz, soyuq düşər-düşməz, qış gələr-gəlməz belədir-işıqları-işığımızı-el dili ilə desəm, çırağımızı söndürürlər... Sanki insan deyilər, elə bil onların ailələri, yaxınları, əzizləri, övladları yoxdur... İnsanların qəsdinə durublar elə bil... Hər dəfə şikayət edəndə də, "çox gözəl cavablar" alırıq-alıram-"məgər sizdən savayı işığı keçən yoxdur..., bir sizsiniz işığı sönən..., nə olub ey, cəmi bir neçə saatlıq keçib də işıqlarınız..., niyə sizdən başqa şikayətlənən yoxdur, axı..." və sair və ilaxır... Mən də bu "gözəl cavablar" qarşısında bir qədər duruxub, sonra deyirəm ki, qobulular öyrəşiblər, aylarla qaz-işıq, filan olmasın, artıq veclərinə deyil...

Amma yenə də sağ olsun "Azərenerji"də işləyən (adını yazmaq, ona əlavə problemlər yaratmaq istəmirəm) bir nəfər xanım-keçmiş həmkarım... İşıqlar sönən kimi o yazığı da (Allah yazıq etməsin!) bezdirirəm, zəngi-zəng dalınca edirəm, mesajı mesaj dalınca yazıram... O da hər dəfə tapşırır, gəlib düzəldirlər, işğı yandırırlar, amma bir az hava dəyişən kimi, işıqların da sanki havası dəyişir-dəyişdirilir... Hətta, Qobunun problemləri, xüsusilə, işıq-qaz - qaz onsuz da bizdə yoxdur, söz veriblər ki, gəlib kod açacaqlar, nə bilim sayğac quraşdıracaqlar, amma bizahmet gəlib çıxmırlar ki, çıxmırlar - və digər problemləri ilə bağlı ərk etdiyim, güvəndiyim bəzi millət vəkillərini də bezar etmişəm, artıq onlara da zəng etməyə utanıram... Hansı ki, Qobunun, Abşeronun problemləri ilə məşğul olacaq millət vəkilləri- onlara millət vəkili deməyə də adamın ağzı ağrıyır, o cümlədən, məsul şəxslər tamam ayrı adamlardır... Amma görünür həmin deputatların və səlahiyyət sahibləırinin Qobudan, Abşerondan daha vacib işləri, "problemləri" var... 

Artıq mən indidən dərd götürüb ki, işdən evə necə gedəcəm, yollar buz bağlasa, nə 
olacaq, yenə ailə üzvlərimi qaranlıq, soyuq-qazı, işığı (düz əməlli yolu-izi olmayan) olmayan evdə tək qoyub şəhərdəki hansı qohumumun evində gecəkləməli olacam.... İşde, bizim hayat, bizdə hayat böyle, arkadaşlar...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı