Modern.az

Ayaz Mütəllibov Fəxri Xiyabana ziyarətə gəldi

Ayaz Mütəllibov Fəxri Xiyabana ziyarətə gəldi

Ölkə

12 Dekabr 2013, 16:12


Modern.az
saytı xəbər verir ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov mərhum dövlət başçısı Heydər Əliyevə ehtiram əlaməti olaraq bu gün Fəxri Xiyabana gəlib. Modern.az saytının Fəxri Xiyabanda olan əməkdaşının verdiyi məlumata görə, Mütəllibov Heydər Əliyevin məzarı qarşısından keçib.

Qeyd edək ki, bundan öncə Ayaz Mütəllibov oktyabrın 9-da keçirilən prezident seçkisi zamanı ictimaiyyət arasına çıxmış və səsvermədə iştirak etmişdi. O, İlham Əliyevə səs verdi.

Ayaz Mütəllibov eks-prezident kimi hazırda dövlətdən 7500 manat müavinət alır. O, dövlət hesabına  sürücü və mühafizəçi ilə də təmin olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı