Modern.az

Rusiya telekanalında növbəti təxribat rəsmi Bakını hərəkətə gətirdi: “Uzundərə” ilə bağlı araşdırma gedir

Rusiya telekanalında növbəti təxribat rəsmi Bakını hərəkətə gətirdi: “Uzundərə” ilə bağlı araşdırma gedir

Ölkə

19 Dekabr 2013, 13:33

 


 Ermənilərin növbəti intellektual oğurluğu ilə bağlı rəsmi səviyyədə araşdırma aparılır. Modern.az xəbər verir ki, bu dəfə Azərbaycan millə rəqsi olan “Uzundərə”ni erməni rəqsi kimi təqdim ediblər. Rusiyanın “Birinci” (ORT) telekanalında yayımlanan və aparıcısının Yelena Malışeva olduğu “Sağlamlıq” verilişində Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində də istifadə olunan Azərbaycanın məşhur milli rəqs havası erməni mədəniyyətinə aid edilib (//www.youtube.com/watch?v=vsa0InNDh6

Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli Modern.az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. “Hələ ki, faktı nəzərdən keçiririk. Yaxın saatlara bununla bağlı ətraflı məlumat veriləcək”, – deyə Xudayat Həsənli bildirib. Mədəniyyət və Turizm Nazirliyi də eyni faktla bağlı araşdırmaya başlayıb.  

 

Gültəkin ƏLƏSGƏR  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı