Modern.az

Nazir məktəblərdə Yeni ilin keçirilməsinə icazə verdi - ÖZƏL

Nazir məktəblərdə Yeni ilin keçirilməsinə icazə verdi - ÖZƏL

کشور

20 Dekabr 2013, 11:19

Orta məktəblərdə Yeni il şənliyinin keçirilməsinə heç bir qadağa qoyulmayacaq. Təhsil Nazirliyinin mətbuat xidməti Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu il məktəblərdə Yeni il şənliklərinin keçirilməsi zamanı pul yığılması kimi hallar baş verərsə, müvafiq şəxslər barədə  ciddi tədbir görüləcək.

“Məktəbin rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında Yeni illə bağlı ümumməktəb tədbiri keçirə bilər. Amma bunun üçün pul yığılmasına ehtiyac yoxdur. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Yeni il bayramı ərəfəsində hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirilərsə,  müvafiq şəxslər barədə ciddi tədbir görüləcək”.

 

Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı