Modern.az

Almurad Əliyev: “Bir ildən çox olar ki, Elçibəygilə getmirəm” - AÇIQLAMA

Almurad Əliyev: “Bir ildən çox olar ki, Elçibəygilə getmirəm” - AÇIQLAMA

Ölkə

24 Dekabr 2013, 12:26

“Bir ildən çox olar ki, Elçibəygilə getmirəm”. Bunu Modern.az saytına aşıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. O bildirib ki, Elçibəyin oğlu Ərturqutla yalnız telefonla əlaqə saxlayır.

“On beş gün bundan qabaq telefonla danışmışıq. Dedim ki, iş məsələsində axtarışdan yorulmusansa, hansı işi deyirsən ora düzəldək. Cavab verdi ki, problemi özüm həll edəcəyəm”.

Qardaşı oğlu ilə ancaq toyda- yasda görüşdüyünü deyən Almurad Əliyev söylədiyinə bunu da əlavə edib:

“Allaha şükür, heç bir şeyə ehtiyacları yoxdur. Evlərinə nəyə gedim? Bir anası, bir də oğludur. Nəyəsə ehtiyacları olanda deyirdilər, eləyirdim.
Demək olar ki, bir ildən çoxdur ki, evlərinə getmirəm. Əvvəllər toyda, yasda görüşürdük. İndi yalnız telefonla əlaqə saxlayırıq. Bayramda da özləri bizə gəlir”.

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı