(İçsəs)
Əhval dəyişməsi – insanın özündən ayrılması, özünəyadlıqdan qurtula bilməməsidir.
***
Ən böyük yazıqlıq – həqiqətsizlikdir.
***
Çağımızın halı: ağlamayana, yalvarmayana inanmırlar!
***
Bənzərsiz böyüklük – özündə dünyaya qarşı durmaq gücü görməkdir.
***
Doğa (təbiət) bənzərsiz böyükdür – bu üzdən də onun yanlışları böyüklüyünü gözümüzdə kiçiltmir.
***
Böyüklüyə yetmək – bənzərsizliyə yetməkdir.
***
Ən yayğın həqiqətsizlik – yalançılıqdır.
***
Qorxmazlıq – dərk olunmuş həqiqətdir.
***
Qorxaqlıq – dərk edilməmiş həqiqətsizlikdir.
***
İnamsız olduğun qədər–qorxaqsan,
qorxaq olduğun qədər – inamsızsan.
***
Qorxmazlıq – özünəinamdır, qorxaqlıq – özünəinamsızlıqdır.
***
Qorxmazlıq – özümlükdür, ona görə sevilir.
***
Qorxaqlıq – özgəlikdir, ona görə sevilmir.
***
Qorxu – inamsızlıqdır: qorxuda inam azır, çaşır.
***
Qorxu – idraksızlıqdır: qorxuda idrak azır, çaşır.
***
Qorxu – mənəviyyatsızlıqdır: qorxuda mənəviyyat azır, çaşır.
***
Qorxu – iradəsizlikdir: qorxuda iradə azır, çaşır.
Güclə özünü təmizə çıxarmaq – ikiqat çirkinlikdir.
***
İnamlı – Həqiqət asılılığına düşür – azadlığa çıxır.
***
İnamsız – Həqiqətsizlik asılılığına düşür – azadlığını itirir.
***
İnam – Həqiqətdən ruhani asılılıqdır.
***
İnamsızlıq – Həqiqətsizlikdən zorakı asılılıqdır.
***
İnam – Həqiqətə yetmək və onda itməkdir.
***
İnamsızlıq – Həqiqəti itirməkdir.
***
Həqiqət – gərəklidir, ancaq çox uzaqdır.
***
Həqiqətsizlik – gərəksizdir, ancaq çox yaxındır.
***
İnam – uzağı yaxınlaşdırır, insanı Həqiqətə qovuşdurur.
***
Dərk edilməyənə yalnız qorxaraq inanmaq olar.
***
Həqiqətə dərk etməmiş inanmaq olmaz.
***
Mütləq inamlı – Mütləq həqiqətlidir.
***
Mütləqi dərk edə bilməmək – ona inamın azlığındandır.
***
Həqiqətçilik – dərk etdiyin əsasında yaşamaqdır.
***
Həqiqətsizlik – dərk etmədiyin əsasında yaşamaqdır.
***
Əxlaqsızlıq – idrak əyriliyi, sapmasıdır.
***
Həqiqət – mütləq düzlükdür. O, idrakdan özünə qarşı mütləq düzlük istəyir. Həqiqətə uyğun olan idrak – onu dərk edir.
***
Özünüaldatma – özünəqıymadır.
***
Həqiqəti dərk edə bilmirsən, demək, düz yaşamırsan.
***
Kamillik – Mütləqin sonu deyil, ardıcıl mütləqlikdir.
***
Ruhani yol – qaçılmazdır!