Modern.az

Bakıda uşaq bağçalarına vahid forma paylandı - FOTO

Bakıda uşaq bağçalarına vahid forma paylandı - FOTO

Ölkə

13 Yanvar 2014, 10:43

Bu gündən etibarən Bakının bəzi bağçalarında uşaqlara vahid geyim forması paylanıb. Modern.az saytının məlumatına görə, həmin libasları uşaqlar yalnız bağça daxilində istifadə edəcək. Evə gedərkən isə onların vahid forması bağçada qalacaq.

Vahid forma qara rəngli şalvar və qırmızı idman köynəyindən ibarətdir.

Qeyd edək ki, vahid formalar uşaqların valideynlərinə pulsuz paylanıb.

Yeniliyin həm valideynlər tərəfindən müsbət qarşılanacağına, həm də azyaşlıların psixologiyasına müsbət təsir edəcəyinə ümid edən Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı xüsusi açıqlama veriləcəyi bildirilib.


Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı