Modern.az

Bakı dükanlarında 3 min manatlıq spirtli içkilər - FOTOLAR - ŞƏRH

Bakı dükanlarında 3 min manatlıq spirtli içkilər - FOTOLAR - ŞƏRH

Ölkə

18 Yanvar 2014, 10:40

Bu gün Bakı dükanlarında kifayət qədər bahalı içkilər olduğunu bilirdinizmi?

Ən azı 250 manatdan başlayıb (“Hayland park”) ta 3 min manata qədər (“Hennesi Paradis İmperial”)...
Metronun “Gənclik” stansiyasının yaxınlığındakı supermarketlərdən birində bu qiymətə içki görəndə biz də təəccübləndik..

Bəs bu qiymətə spirtli içki alanlar varmı?

Modern.az saytına danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, spirtli içkilər bu qədər əcaib qiymətə satıla bilməz. “Bu heç bir məntiqə uyğun deyil. Mən 1 litrlik qatı şərabı Avropa ölkələrində 1000 avroya görmüşəm. O da xüsusi şəraitdə saxlanan içki olub. Siz dedikləriniz həddindən artıq yüksək qiymətdir. Əhali bilməlidir ki, şərabların yaralılıq müddəti var. Araqlar 1 ildən artıq, şərab, çaxır 6 aydan artıq, konyaklar 3 ildən artıq saxlana bilməz. Bu məhsullara kifayət qədər pul verən insanlar mütləq buraxılma və yararlılıq müddətinə baxsınlar. “Uzun müddət saxlanan şərab yaxşıdır, baha olmalıdır” fikirləri tamamilə yanlışdır. Söhbət xüsusi şəraitdə, xüsusi qablarda olan içkilərdən gedir”.

E.Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetində keçirilmiş 14 yanvar 2011-ci il tarixli müşavirədə Prezident ölkədə şişirdilmiş qiymətlərin mövcudluğunu və bundan narazılığını bildirib və lazımi dövlət orqanlarına belə halların qarşısnı almaq üçün tədbirlər görməyi tapşırıb. “Əgər içki sektoruna baxsaq, təxminən 30-35% şişirdilmiş qiymətlər görərik. Səbəb həm də odur ki, ölkədə  mükəmməl istehlakçı siyasəti yoxdur. Dövlətin biznesin inkişafı siyasəti istehlakçı siyasətini çox-çox qabaqlayıb. Qərar qəbul edən insanlar bilmir ki, ölkəni də, bazarı da, dövləti də, ordunu da saxlayan istehlakçıdır“.

AİB sədri bildirib ki, ötən ilin ortalarında bununla bağlı Prezidentə müraciət edilib.

“Dövlət başçısının 31 may 2005-ci il tarixli fərmanı var. Həmin fərmana görə, dövlət orqanlarına tapşırıldı ki, hər üç aydan bir gömrüyə qədərki qiymətlərlə daxili bazardakı qiymətlərin monitorinqini aparıb mətbuatda dərc etsinlər. Bu fərman Azərbaycan tarixində bircə dəfə icra edilib. O zaman da böyük səs-küyə səbəb olub. Bazarın böyük hissəsi inhisarçıların və inhisarçı qurumların əlindədir. Ona görə də şişirdilmiş qiymətlər mövcuddur”.

E.Hüseynov iddia edir ki, aparılan monitorinqlər zamanı məlum olub ki, bir sıra mallar gömrüyə qədərki qiymətdən 600-700% baha satılır.













Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı