Modern.az

Qarabağ veteranlarının sədri: “Vətənə xəyanət edənləri güllələmək lazım idi”

Qarabağ veteranlarının sədri: “Vətənə xəyanət edənləri güllələmək lazım idi”

Ölkə

21 Yanvar 2014, 09:21

Çox vaxt cəmiyyətdə ictimai rəyin olmaması adi hal kimi qarşılanır. Ancaq bunun fəsadlarını düşündükcə, ictimai rəyin nə qədər önəmli olduğunu görürsən.

Buna əyani misal da çəkmək olar. Vaxtilə Vətənə Xəyanətdə təqsirli bilinən Rəhim  Qazıyev asan şəklildə insanlar arasına çıxa bilir. Uzağa getməyək, qardaş Türkiyədə bu ittihamla həbs olunanlar sonradan azadlığa buraxılanda ən yaxşı halda ölkəni tərk edirlər. Bizdə isə yuxarıda qeyd edildiyi kimi ictimai rəy kəsərsiz olduğundan fərqli situasiyanın şahidi oluruq.

 

 

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, ehtiyatda olan zabit Fizuli Rzaquluyevin məsələyə münasibəti çox kəskindir. O, məsələ ilə bağlı  Modern.az-a açıqlamasında bilidirib ki, dünyanın sivil, demokratik dövlətlərində ictimai qınaq var və onunla hamı hesablaşmalıdır. "Ancaq bizim cəmiyyətdə elə bil bununla bağlı immunitet zəifliyi yaranıb. Vətənə xəyanət edən, dövlətçiliyə zərbə vuran adamları ümumiyyətlə güllələmək lazım idi. Elə insanlarla təmas qurmaq, hətta salam vermək yolverilməzdir”.  

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) Akif Nağı da qeyd edib ki,bu olduqca aktual problemlərdən biridir. “Çox təəssüf ki, elə bir ictimai qınaq yoxdur. Çünki biz hər şeyi tez yaddan çıxarırıq. Ad çəkib məsələni konkretləşdirmək istəmirəm. Bəziləri gəlib sanki heç nə olmamış kimi tədbirlərdə oturur, hansısa sayta, qəzetə müsahibə verib “qəhrəman” kimi çıxışlar edirlər. Cəmiyyətdə belə adamlara çox qəribə münasibət var. Azərbaycan cəmiyyəti nədənsə bu cür adamları tez bağışlayır. Mən özüm millət, dövlət əleyhinə cinayət törətmiş insanlarla soyuq münasibət saxlayıram”-deyə QAT sədri vurğulayıb.

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı