Modern.az

Daxili İşlər Nazirliyinin Hospitalının rəisi vəzifəsindən azad olunub - ÖZƏL

Daxili İşlər Nazirliyinin Hospitalının rəisi vəzifəsindən azad olunub - ÖZƏL

Ölkə

21 Yanvar 2014, 11:30

Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub.

Modern.az saytının xəbərinə görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə hospitalın rəisi Aydın Əsədov yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Hazırda nazirliyin qospitalında Aydın Əsədovun vəzifəsini rəsi müavini Ramiz Əkbərov əvəz edir. Hələ ki, rəis vəzifəsinə yeni təyinat olmayıb.

Məlumatı Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...