Modern.az

Bakı Təhsil İdarəsindən çıxarılan sabiq müdir müavini prorektor təyin edildi

Bakı Təhsil İdarəsindən çıxarılan sabiq müdir müavini prorektor təyin edildi

Ölkə

23 Yanvar 2014, 14:47

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən çıxarılan Məhəmməd Bayramova yeni vəzifə verilib. Modern.az saytının xəbərinə görə, Məhəmməd Bayramov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun prorektoru təyin edilib.

İnstitutdan xəbəri Modern.az-a təsdiqləyiblər. Bildirilib ki, Məhəmməd Bayramov Təhsil nazirliyinin digər əmri ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilib.
2009-cu ildən tədris işləri üzrə prorektor işləyən Mönsüm Alışovun isə vəzifəsi dəyişib. Nazirin digər əmri ilə M.Alışov elmi işlər üzrə prorektor təyin olunub.

Xatırladaq ki, Məhəmməd Bayramov təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, ötən ilin oktyabrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən azad edilmişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı