Nəsə həvəsə düşmüşəm. Özümü öldürmək istəyirəm. Ona görə yox ki, nəsə problemim var. Əsla. Obyektimi də sökməyiblər. Çünki yoxumdur. Vəzifəmi də əlimdən almayıblar. Çünki o da yoxdur.
Sadəcə Əzrayılı qabaqlamaq istəyirəm. Axı niyə mən, mənə ayrılan ömrün sonuna qədər səksəkəylə oturub onu gözləməliyəm ki, nəvaxtsa gəlib canımı alsın. Elə özüm-özümün canımı alaram da. Axı, bu can mənə məxsusdur, ona yox. İkincisi də ki, Azərbaycanda hər şey monopoliyadadır. Pul qazanmaq da çətinləşib. Bu addımımla Azərrbaycan iqtisadiyyatında yeni – perspektivli sahənin əsasını qoyaram: İqtisadi intihar.
İQTİSADİ İNTİHAR
Özünü öldürmək deyirlər ki, günahdır. Bunu bilirəm. Özünə qəsd edən də Cənnətlik yox, Cəhənnəmlikdir. Bunu da bilirəm. Bəs axı bir misal da var: Cəhənnəmə gedən özünə yoldaş axtarar. Mən də qərar verdim ki, özümə dörd yoldaş seçim. Birinci onların canın alım, sonra da özümün. Qiymətlərin də özüm təyin etdim. Kimin kiminlə nə ədavəti, düşmənçiliyi varsa, müraciət edə bilər. Adambaşı 100 min dollar. Düzdür başqa maraqlı təkliflər də ola bilər. Amma bilin. İcra başçısı, nazir mənim ranqımda deyil. Onlar bir növ mini Allahdırlar. Mən isə heç vaxt Allaha qarşı üsyan qaldıra bilmərəm.
Nə isə elanı verdim. Xeyrim isə cəmi 400 min manat olacaq. Bunun 10 mini dəfn, ehsan xərcləridir. 390 mini isə halal edin. Nəbadə dalımca danışasınız a... Deməyin ki, “Kül başına Mahir, 390 minə görə də adam özünü öldürərər? Filankəs icra başçılığına görə 2 milyon verirdi də...”.
ALLAH RƏHMƏT ELƏSİN DEMƏYƏCƏKLƏR?
Deyirlər ki, yaxşılıq elə. Öləndə hamı desin ki, Allah rəhmət eləsin. Özünü öldürənə isə rəhmət düşmür. Amma xalqımızın ağıllı oğlanları buna da əlac tapıblar. Ürəyiniz nə qədər istəyir bir-birinizə pislik edə bilərsiniz. Buna baxmayaraq hamı rəhmət oxuyacaq. Sadəcə ölməmişdən qabaq bu vəsiyyəti etməyi yaddan çıxartmayın.
Bir pis adam var imiş. Kənddə hamının zəhləsi gedirmiş bundan. Ölüm ayağında oğlunu yanına çağırıb vəsiyyət edir. Deyir ki, ay oğul, məni basdıran gün axşam gedirsən bir maşın təzə mal peyini alırsan. Gətirib tökürsən qəbrimin üstünə. Bildin?
Oğlu razılaşmır. Amma sonda atasının son vəsiyyətini həyata keçirəcəyinə söz verir. Atası ölür. Basdırırlar. Pis adam olduğu üçün kimsə də demir ki, Allah rəhmət eləsin. Axşam oğlu atası vəsiyyət edən kimi peyini gətirib tökür qəbrin üstünə. Səhəri gün kənd camaatı mərhumun üç mərasiminə qəbirüstünə gələndə bu igrənc və üfunətli mənzərəni görürlər. Elə bil ki, ürəklərindən tikan çıxır. Və bir ağızdan:
- Bu peyini qəbrin üstünə tökənin Allah atasına rəhmət eləsin.
KOROĞLU, YOXSA KORUN OĞLU?
Gördüyünüz kimi rəhmət məsələsi də öz həllini tapıb. Yuxarıda dediklərimi çoxdan yazmışam. Amma hər dəfə ictimailəşdirmək istəyəndə fikrimdən daşınmışam. Ona görə yox ki, yazdıqlarım sadəcə lağlağadır. Heç kim belə bir şeyə getməz. Ümumiyyətlə ölümlə zarafat etmək də təhlükəlidir. Sadəcə intihar gündəmimizin ən populyar mövzularından birinə çevrildikcə xarakteri də dəyişir. Bir aydır ki, araşdırıram... bir şey anlaya bilmirəm ki, bilmirəm.
İlk olaraq Qarabağ əlili özünü yandırdıqdan sonra fikirləşdim ki, vsyo... batdıq. Problemlər çox. Kim həlli yolun tapmasa 80 qəpik verib 1 litr benzin alacaq, əvvəlcədən də televiziyalardan birini xəbərdar etməklə başlayacaq öz problemlərini həll etməyə. Əlbəttə ki, intihardan sonra. Amma...
Xalq qəhrəmanı olan Koroğlunun əsl adı Rövşəndir. Sultan atasının gözünü çıxartdıqdan, kor etdikdən sonra onun adını Koroğlu deyə çağırmağa başlayırlar. Bir gənc də bu dastanı oxuyur. İstəyir ki, öz qəhrəmanına oxşasın. Birinci növbədə atasının gözlərini çıxarır. Amma camaat onu Koroğlu yox, korun oğlu çağımağa başlayır.
Yaxşı ki, Qarabağ əlilinin bu intiharından sonra kimsə “Koroğlu” olmağa can atmadı.
ÖLÜM QİYMƏTLİDİR, YOXSA QİYMƏTSİZ?
Bəs deyəcəksiniz ki, Koroğlu öz yerində, axı intiharlar artmaqda davam edir. Bəs buna nə deyirsən? Mənbədən başlamaq istəyirəm.
Mən indi də başa düşə bilmirəm ki, Qarabağ əlili nəyə görə özünü yandırdı? Birinci gün başa düşdüm ki, bu haqsızlığa qarşı bir üsyan imiş. Yazığı bezdiriblər, o da bu addımı atıb. Odun-alovun içindən çıxan, ölümün üzünə dəfələrlə dik baxan, hər an taleyinə tankda yanmaq yazılan, sonda sağlamlığını itirən bir qazi özü-özünə od vurub. Özü də uşağının gözü qabağında, nümayişkaranə. Yəqin ki Siz də mənim kimi bu intihara haqq qazandırmırsınız. Motiv nə olsa belə. İkinci gün isə məlum oldu ki, bəs bu ölümün vur-tut 100 min manat qiyməti varmış. Sizcə bu ölümün qiyməti 100 min manat idimi? Heç 100 milyon da deyildi. Çünki insan həyatı heç bir əskinazla qiymətləndirilə bilməz. Hər uşağa 300 manat müavinət – bunu başa düşüb alqışlayıram. Bəs 100 min necə? Pulu nümayişkaranə verməklə nə qazandıq? Bir insan həyatını qiymətləndirməklə ucuzlaşdırmadıqmı? Əlbəttə ki, cavab elə sualın özündədir. Bəlkə də bu, sadəcə Qarabağ əlilinin qan bahasıydı. Qarabağ əlili nə qazandı, nə uduzdu? Bilmirəm. Bircə onu bilirəm ki, beş balaca övladına, o cümlədən yüz min seyrçidən biri olan mənə də vurduğu psixoloji zərbəni heç bir pulla sağaltmaq olmaz. Bəs sonuncu ata tərbiyəsi, örnəyi necə, uğurlu alındımı?
GƏNC ZOOFİLLƏR QEYRİ-HÖKUMƏT TƏŞKİLATI
Dediyim kimi, yaxşı ki, bu hal örnək olaraq geniş vüsət almadı. Amma intiharın digər yeni müstəviyə keçməsi məni narahat edir. İntiharın düzgün istiqamətə yönəldilməsini gündəmə gətirir.
Məsələn: Bir də görəcəksiniz ki, biri Gənc Zoofillər Qeyri-Hökumət Təşkilatı yaradacaq. Gələcək ki, bəs qrant verin, şəhərin mərkəzində tədbir keçirmək istəyirik. Əlbəttə ki, dalına bir təpik vurub qovacaqlar. O da ətrafdakıların qınağını və “işıqlı” ideyalarının həyata keçməməsini görüb intihar edəcək. Video müraciətində də “mən Bakının küçələrində rezin sapoq geyinən oğlanla keçinin, eşşəklə əlində taburetka olan kişinin birgə addımlamağını görmək istəyirdim. Amma bu mənə qismət olmadı. Gün o gün olacaq ki, bu arzularım həyata keçəcək. O gün uzaqda deyil”.
Biz də bu müraciətə dəfələrlə baxacağıq, saytların reytinqini də qıracağıq.
ŞƏRƏFLİ İNTİHAR
Qız istəyirəm. Atası vermir. Özümü asıram.
Oğlan aldadıb qaçıb. Uşağa qalmışam. Çıxış yolu axtarıram. Tapdım. İntihar.
İnstituta girmişəm. Təhsil haqqın ödəməyə pulum yoxdur. İntihar. Bəs görəsən cəmiyyətdə kamikadzelərin yaranması nə vaxt baş verəcək. Torpaqların zəbt olunması namus-qeyrət məsələsi deyilmi? Vətənə məhəbbət qıza olan sevgidən uca deyilmi? Belinə partlayıcı qurğu bağlayıb Yerevanın insan axını gur olan yerində özünü partlatmaq dar mənada intihar, geniş anlamda şəhid olmaq sayılmırmı? Bəs bu hadisədən sonra döşünü bəzəyəcək Milli Qəhrəman nişanı, heç bu da olmasa xalqın qəlbində əbədi yaşamaq ailənə, uşaqlarına, nəslinə baş ucalığı gətirməyəcəkmi?
Deməli intiharın da şərəflisi və şərəfsizi varmış. Birin də mən qulağənıza dedim: İQTİSADİ İNTİHAR.