
Son günlər Suriyaya Bəşər Əsədə qarşı döyüşlərə qoşulan Azərbaycanlıların sayı günü-gündən artır. Dəqiq statistik rəqəmlər açıqlanmasa da ölənlərin sayının 100-dən çox olduğunu bildirilir. Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhəddi keçmək üçün əsasən qardaş Türkiyədən tranzit ölkə kimi istifadə edirlər.
Məsələyə münasibət bildirən Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanov
Modern.az-a bildirib ki, Türkiyədəki Azərbaycan vətəndaşlarının təhlükəsizliyi lazımı şəkildə qorunur.
“Türkiyədəki Azərbaycan vətəndaşlarının həyatının təhlükəsizliyi üçün səfirliyimiz lazımı tədbirlər görür, xəbərdarlıqlar edir, görüşlər keçirir”-deyə Elsevər Salmanov bildirib.
Gültəkin ƏLƏSGƏR