Modern.az

Allahşükür Paşazadədən məmurlara sərt MESAJ: “Onların oğulları dövlətə qarşı iş aparırlar”

Allahşükür Paşazadədən məmurlara sərt MESAJ: “Onların oğulları dövlətə qarşı iş aparırlar”

Ölkə

28 Yanvar 2014, 12:37

Modern.az saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında Suriyada döyüşən və özlərini mücahid adlandıran muzdlu azərbaycanlıların bu hərəkətini sərt şəkildə pisləyib.

“Bəziləri Suriyaya gedirlər, özü də bunu pulla edirlər. Onlar öləndə də bunu şəhadət kimi qələmə verirlər. Peyğəmbərimizin də hədisi var ki, muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər".

Allahşükür Paşazadə deyib ki, bu məsələdə müəyyən qədər ziyalı və məmur təbəqəsinin də günahı var: "Bir məmur deyil, bir neçə məmurlar var ki, dövlətdən maaş alırlar, amma onların oğulları başqa təriqətdə dövlətə qarşı iş aparırlar. O, burada əmirlik yaratmaq istəyir. Atan həmin dövlətin məmuru olacaqmı? Onu qəbul edəcəkmi? Biz bu məsələdə dövlətə yaxından kömək etməliyik".

QMİ sədri özünün də hədələndiyini, lakin belə şeylərdən qorxmadığını vurğulayıb: "Haqqımda bəzi yerlərdə hədə-qorxu xarakterli şeylər yazırlar. Məni belə şeylərlə qorxuda bilməyəcəklər. Ən böyük çətinlikləri mən artıq keçmişəm. Suriyaya gedən bu adamlar dönüb gəlsələr, dəyişsələr, radikal olmasalar, dövlətin onlarla heç bir işi olmayacaq. Mən onları dövlətə, xalqa, məzhəblərə qarşı gördükləri işlərdən əl çəkməyə dəvət edirəm. Başqa dövlətlərin, adamların dediklərinə uymasınlar. Axı siz Azərbaycan vətəndaşısınız".

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı