Modern.az

Baş prokurorla görüşmək istəyənlərin nəzərinə

Baş prokurorla görüşmək istəyənlərin nəzərinə

Ölkə

5 Fevral 2014, 10:47

Baş prokuror Zakir Qaralov  fevralın 14-də, saat 11:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən gerçəkləşdirilir. Baş prokurorluğun mətbuax xidmətindən verilən məlumata görə, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.   Modern.az        
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı