Modern.az

Ötən il Azərbaycanda 2270 əkiz doğulub

Ötən il Azərbaycanda 2270 əkiz doğulub

Ölkə

6 Fevral 2014, 15:32


Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Hətta bəzi mütəxəssislər 20 ildən sonra oğlanların evlənməyə qız tapmayacaqlarını deyirlər. Çünki indi hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunur. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki, onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır.

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ərzində ölkədə 172671 nəfər körpə doğulub ki, onların 92574 nəfəri (53?6%) oğlanlar, 80097 nəfəri isə (47,4%) qızlardır.

2013-cü ildə dünyaya gələnlər arasında əkiz uşaqların sayında da artım olub. Belə ki, 2013-cü il təvəllüdlü körpələrin 2270-i əkiz doğulub. Əkizlərdən 1191 nəfərini oğlanlar, 1079 nəfərini isə qızlar təşkil edib.

 

  Gültəkin ƏLƏSGƏR    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı