Modern.az

Qənirə Paşayevadan QƏZƏBLİ CAVAB: “Mənə nurçu damğası vuranlar məhkəmədə cavab verəcəklər!”

Qənirə Paşayevadan QƏZƏBLİ CAVAB: “Mənə nurçu damğası vuranlar məhkəmədə cavab verəcəklər!”

Ölkə

2 Mart 2014, 18:21

“Bu ölkədə cahil, həyatda heç bir zaman xeyrli işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan bir qrup insan var. Bir neçə gündür məni nurçuluq təriqətinə mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər”.

Modern.az saytı xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva onun nuçu olduğunu iddia edənlərə cavab olaraq belə deyib. Millət vəkili daha sonra bu iddianı irəli sürənlərə səslənib:

”Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və bağlı olan bilər. Konstusiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəfə almaq isə ciddi qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı bir təriqətə mənsubu olmaq istəsəm, sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin o cümlədən nurçuluq təriqətinin üzvü olsam bunu qorxmadan, açıq şəkildə söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm”.

Qənirə Paşayeva bildirib ki, nurçuluq təriqətinin üzvü olsa, bunu açıq şəkildə söyləməkdən çəkinməz. O, bu iddia ilə bağlı yayılan vieoya da münasibət bildirib, həmin görüntülərin bir il əvvəl lentə alındığına aydınlıq gətirib:

”Şok video dediyiniz çıxışı mən 1 il əvvəl etmişəm və bir gün məni Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışımdan dolayı ittiham edəcəyinizdəm qorxsaydım, o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq mən sifarişlərlə işləmirəm. Məni o festivaldakı çıxışımdan dolayı ittiham edən bəxbəxtlər, Seyid Yəhya əş-Şirvani əl-Baküvi həzrətləri ilə bağlı, onun böyük irsi ilə bağlı onlarla tədbirdə, beynəlxalq konfranslarda çıxış etmişəm. Baküvi ən böyük təriqətin Xəlvətiliyi quran şəxsdir. Yəqin savadınız, ya da xəbəriniz olmayıb, xəbəriniz olsa məni xəlvətilik təriqətinin üzvü olmaqda da suçlayardnız. Çünki ən çox çıxışlarımı Baküvi ilə bağlı edirəm və hətta parlamentdəki çıxışımda da gənclərimizi onun irsini öyrənməyə çağırmışdım.
Son kitablarımda ən çox yazdığım və gənclərə oxumağı tövsiyyə etdiyim, çıxışlarımda tez-tez sitat çəkdiyim Həzrəti Mövlanədən da yəqin xəbəriniz yoxdur. Yoxsa məni Mövləvilik təriqtində də ittiham edərdiniz. Bir müddət əvvəl agentliklərdə Hacı Vəli Bektaş və onun iris ilə bağlı yazım və çıxışlarım da getmişdi. Yəqin xəbəriniz olmayıb. Yoxsa Bektaşi təriqətinin üzvü olmaqda da suşlayardınız. Yəqin 3 il əvvəl Mir Həmzə Seyid Nigari ilə bağlı beynəlxalq konfranslardakı çıxışlarım da əlinizə düşməyib yoxsa məni nəqşibəndiyə təriqətində də suçlayardınız”.

Deputat bildirib ki, o, Bakıda Türk məktəblərinin festivallarında hər zaman belə çıxışlar edib və bir il əvvəl canlı yayımda səsləndirdiyi fikirlərin şok video adı ilə ictimaiyyətə təqdim olunmasından sadəcə təəssüflənir:

”Bəli, bu gün də hesab edirəm ki, dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı türk okulları insanimiz, türk milləti üçün zərərli deyil, xeyirli işlərlə məşğul olub. Bunu təkcə mən deyil ölkəmizin rəhbərliyi, Türkiyə prezidenti, baş naziri, bir çox millət vəkilləri də deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz. Bu kampaniyanın arxasında dayanan adamları isə çox yaxşı tanıyıram. Bu kampaniyanın rəhbərlərindən birinə bu sualı verirəm: Əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz?
O zaman demək sizin övladınız da nurçuluq təriqətinin üzvüdür. Bizi, bir qrup gənc insanı çeşidli mətbuat orqanları vasitəsi ilə hədəfə alan bədbəxtlər, sizin dərdiniz başqadır, bunu bilənlər bilir. Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlanızı və mənafeyinizi düşünürsünüz və sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrət edir, onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq, Allah böyükdür və ölkəmizin sizin kimi böhtançıların sözləri ilə deyil, faktlarla işləyən Millin Təhlükəsizlik Nazirliyi var. Onlar kimin kim olduğunu çox yaxşı bilir. Gücünüz sadəcə əliniz çatan mətbuat orqanlarında bizi hədəf almağa çatır, amma bu reketçiliklə məşğul olan agentliklərlə sabahdan onlar kimi şantaj deyil, hüquq müstəvisində danişacağıq. Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmuniyyət duyacam. Bu sizə qısa cavabımdır, daha geniş cavabımı gözləyin…”.

Qeyd edək ki, bəzi KİV-lər belə bir məlumat yayıblar ki, Qənirə Paşayeva ABŞ-da yaşayan tanınmış türkiyəli din xadimi Fətullah Gülənin rəıhbərlik etdiyi nurçuluq cərəyanına mənsub olan azərbaycanlı deputatlardan biridir.

Deputatın qalmaqala səbəb olmuş videosunda aşağıdakı çıxış səslənir:



A.Qorxmaz
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı