Modern.az

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Ölkə

4 Mart 2014, 16:50


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb.

Modern.az-ın məlumatına görə, bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəsi vasitəsilə təqdim olunacaq. 

Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi respublikanın 6 şəhərində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan, 2686 nəfəri rus bölməsi üzrə imtahan verib.

24560 nəfərdən 1505-i imtahana gəlməmiş, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

 

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı