Modern.az

“Şəmsəddin Hacıyevin ardınca, digər rektor-deputatlar da vəzifədən azad olunmalıdır”

“Şəmsəddin Hacıyevin ardınca, digər rektor-deputatlar da vəzifədən azad olunmalıdır”

Ölkə

5 Mart 2014, 17:11

“Mən bu məsələni qaldırarkən təkcə Şəmsəddin Hacıyevi nəzərdə tutmurdum. Ümumən qeyri-qanuni yolla mandat alan şəxsləri nəzərdə tuturdum. Odur ki, qalanlarının da işdən azad olunmasını istərdim”.
Bunu Modern.az saytına açıqlamasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov deyib.

Qeyd edək ki, İ. İsmayılov dəfələrlə Milli Məclisdə təmsil olunan rektor-deputatların mandatlarını təhvil verməyə səsləyib. Bununla bərabər, o, Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsinə, Milli Məclisin spikerinə  müraciət ünvanlayaraq rektor vəzifəsi tutan deputatların mandatdan məhrum edilməsini tələb edib.

Bu gün İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev rektor vəzifəsindən azad olunub. Bu barədə ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı