Modern.az

8 mart - Kişilərin üzr günü

8 mart - Kişilərin üzr günü

Ölkə

8 Mart 2014, 16:45

8 martı qadınlara həsr ediblər. Əməkçi, zəhmətkeş  qadınların günü.  Əslində bu günü qadınlar kişilərdən sökə-sökə alıb. Bu günü bayrama döndərən Amerikada Cotton Tikiş Fabrikinin qadınlarıdı. Onlar 1800-ci illərdə daha yaxşı şətrlər altında işləmək, zəhmətlərinin qarşılığını almaq,  yaşam mücadiləsi verməklə sözlərini çəkiyə mindiriblər. 1908-ci ildə isə son çarə olaraq haqlarını ala bilməlri üçün aksiyaya başlayırlar. Amma 8 martın dünya qadınlar günü olması fikri ilk dəfə 1910-cu ildə Kopanhagendə keçrilən Beynəlxalq Sosialist Qadınlar Konfransında səslənib. İlk dəfə olaraq isə bu bayramı 1912 –ci ildə İsveç qeyd etməyə başlayıb.1921-ci ildə isə Moskvada keçirilən Beynəlxaq Qadınlar Konfransından sonra bu bayram bizim tərəfərə də sızıb və tarix 8 mart olaraq rəsmiləşib.
Qadınların uzun mücadiləsindən sonra nəhayət 1977-ci ildə BMT 8 martı Dünya Qadınlar günü olaraq qəbul edib. Bax belə, qadınların  kişilərdən bir günü almaları bir əsr sürüb.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən aparılan araşdırmalara görə, dünyadakı işlərin 66 faizi qadınlar tərəfindən görülür. Bunun qarşılığında isə qadınlar ümümi gəlirin ancaq 10 faizinə sahibdirlər. Dünyadakı mal varlığının isə yalnız 1 faizi qadınlarındı. Daha açıq desək, dünyakı işlərin cəmi 34 faizin görən kişilər gəlirin 90, mal varlığının isə hardasa 99 faizinə sahibdirlər.

BMT-nin göstəricilərinə əsaslansaq, qadınların 57,7 faizi evləndikləri ilk gündən şiddətə məruz qalır. Ailədaxili cinayətlərin 90 faizi qadınlara qarşı edilir. Şəhərdə evli qadınların 18 faizi, kəndlərdə isə 76 fazi ərləri tərəfindən döyülür. Əslində, sayğılı və dəyərli kişilərimiz, zərif dediyiniz, çox zaman güllərlə müqaqyisə etdiyniz xanımlar tam xoşbəxtdilərmi?
Onların qazandıqları bu gündə bir dünya qadınlarının çəkdikləri zillətlərə göz ataq.

Əvvəla bütün qadınlar anadır. Onlar 9 ay canlarında can daşıyaraq, hər anı ölüm təhlükəsi olduğunu bilərək dünyaya övlad gətirir. Sizə ata olmaq sevincini yaşadır. Qadın evinizin dirəyidir, sizin təmiz geyiminiz, süfrənizin isti yeməyi, məclislərizdə yaraşığınız, ananız, bacınız, həyat yoldaşınız, müəlliminizdir. Sadəcə, sadaladıqlarım qadınları baş tacı etmənizə yetərlidir. Amma... etiraf edin bəzən bunları unudrusunuz. Qadını ittiham etməkdən rahat nə var? Ətəyi azacıq qısa olan, danışıb-gülən qadına damğa vurmaqdan asan nə var? Yeməyiniz gecikəndə, istədiyiniz köynəyiniz ütülü olmayanda, uşaqlar evdə səs salıb istirahətinizi pozanda da qadına bacarıqsız demək çox asandır.

Əslində bu gün qısa bir araşdırma apardım. Dünyada şiddətə məruz qalan qadınlara baxdıqca, qaşıma çıxan mənzərədən ürpənirəm. Bunlar nə cür hadisələrdi? Ailədaxili şiddətlər, təcavüzə məruz qalmalar, cinsəl tacizə uğramaları, ensest münasibətlər... İran kimi ölkələrdə İslam qaydalarına görə,  gizli ilişki yaşayan qadınlar daş-qalaq edilrək öldürülür. Afrikada dini inanclara və adətlərə görə, qız uşaqlarının sünnət edilməsi də qadınların çəkdikləri acı çilənin bir növüdür. Türkiyə kimi inkişaf etmiş ölkədə hələ də törə cinayətlərinə qurban gedən qadınlar var. Azərbaycan kimi, inkişaf etmiş ölkədə hələ də qadınlar  tam söz sahibi ola bilməyib, hələ də təcavüz edildiyi üçün özünü yandıran aldadıldığı üçün intihar edən, əri və ya sevgilisi tərəfindən küçənin ortasında döyülın qadın var.

Qadınlara münasibət hələdə üst səviyyədə deyil. Bəlkə ondandır ki, bu gün hər hansı bir İcra Hakimiyyətinə təyin edilən qadın müavini az qala Bakının meydanında “divlər gəzişir” xəbəri kimi veririk. Hələ də bu xəbərlərin altında görəsən kimin sevgilisidir yorumunu yazırıq.  Maləsəf bizdə ev qızı, çöl qızı təfəkkürü hələ də davam edir. Kasıblıqdan, yolpulu çıxmasın deyə, hələ də mətbəxdən çölə çıxmayan, Bakının hər gün inkişaf edən küçələrini görməyən qadınlarımız var.

Dünya əməkçı qadınları... Qadınlar bu bayramı xoşbəxtcəsinə kişilərdən gül alacaq. Amma dünyada qadınlar var ki, o günü döyüləcək, dilənəcək, atılacaq, təcavüzə uğrayacaq... Məncə Dünya Qadınlar günündə hər zaman biz qadınlara eyni xatalarla yanaşan kişilərin üzr diləməsi günü olsun. Onlar sadəcə bir gün qadınlardan hətta düşüncə xataları üçün üzr diləsinlər.

...Amma nədə olsa bu günün adı qadınlarla baglıdır. Bu gün kişilərin qadınları özlərini fərqli hiss etdirəcəyi gündür. Atalarımız, qardaşlarımız, bizi çiyinlərində daşıyan mərd kişilərimizin dilindən deyirəm - əməkdar, zəhmətkeş qadınlar, gününüz mübarək!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı