“Azərbaycan Yazıçılar Birliyi Əkrəm Əylislinin Nobel mükafatına namizəd kimi irəli sürülməsinə ciddi məsələ kimi yanaşmır və buna görə də bu məsələyə hər hansı münasibət göstərmək, yaxud rəy bildirmək fikrində deyil”. Modern.az-a bu açıqlamanı AYB-nin rəsmi mövqeyi kimi qurumun mətbuat katibi Xəyal Rza çatdırıb.
Qeyd edək ki, bir qrup elm və ədəbiyyat xadimi azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.
Elmin Nuri