Modern.az

“Bütün “Sovetski” ayağa qalxacaq!” – Məhəllə sakinlərinin başçısı

“Bütün “Sovetski” ayağa qalxacaq!” – Məhəllə sakinlərinin başçısı

Ölkə

14 Mart 2014, 09:14

Bakının Yasamal rayonu ərazisində “Sovetski” kimi tanınan evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olanların yenidən aksiya keçirəcəyi ilə bağlı məlumatlar yayılıb.

“Sovetski” sakinlərinin “Təşkilat Komitəsi”nin sədri Namiq Quliyev Modern.az-a bildirib ki, aksiyanın olacağı ilə bağlı yayılan məlumatlar yalandır. Sakinlər aksiya etməmələri barədə razılığa gəliblər. “Hökumətin son qərarından sonra sakinlər aksiya etməyəcəklərini bildiriblər. Amma onu da bildiriblər ki, aksiya onların evlərini buldozerlə sökməyə cəhd edəcəkləri halda olacaq. O zaman isə tamam başqa aksiya olacaq. Çünki hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 manatlıq kompensasiya ilə razılaşmayanlara deyildi ki, onlar bundan sonra da həmin ərazidə 100 il də yaşaya bilərlər. Yəni heç kim öz evindən zorla çıxarılmayacaq. Amma kimsə zorla çıxarılarsa, o zaman bütün “Sovetski” sakinləri ayağa qalxacaq”. Qeyd edək ki, hökumətin son qərarına görə hər kvadrat metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olanların evləri sökülməyəcək. 

 

Gültəkin ƏLƏSGƏR    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı