Modern.az

Qarabağ fotolarda: Cıdır düzündəki “dostun” daş yuxusu- LAYİHƏ

Qarabağ fotolarda: Cıdır düzündəki “dostun” daş yuxusu- LAYİHƏ

Ölkə

14 Mart 2014, 18:22

Modern.az saytı “Qarabağ fotolarda” adlı layihəsində növbəti şəkli təqdim edir. Layihədə Qarabağda müxtəlif vaxtlarda çəkilən fotolar və bu fotolarda əks olunan məşhur şəxslər haqda məlumat verilir.

 

Təqdim etdiyimiz növbəti fotoşəkil Azərbaycanın  qaranlıq bir mərhələsinə keçid ərəfəsini özündə əks etdirir.

1986-cı ildir...  Elə hər şey də bu ildən başlanacaq. Yenidənqurma çapaları öz rüşeymlərini göstərməyə çalışacaq. Amma kimsə sovetlərin məhvini hələ ki, göz önünə almır. Belə bir məqamda Azərbaycan ziyalılarının xəyallarının məkanı olan Şuşanın məşhur Cıdır düzü də hamıya qucağını açıb.

O vaxtlar hələ sayılan yazıçılardan olan Əkrəm Əylisli burada bir qrup Şuşa ziyalıları ilə dincələr. Hələ şəkil də çəkdirir. Sən saydığını say, gör fələk nə sayır.

Bu tarixdən çox keçməyəcək-1989-cu ildə Qarabağ probleminin şıdırğı vaxtında yazıçı bir qrup ziyalı ilə helikopterlə rahat şəkildə yenidən Şuşaya gələcək. Həmin vaxt Şuşa mədəniyyət evində sakinlər ondan bir ziyalı kimi həqiqəti yuxarılara çatdırmasını xahiş edəcəklər...

Əylisli isə cavabında: - Tələsməyin, “Pravda” qəzetinin yazmadığını deməyə ixtiyarımız yoxdur”deyir. Bu fakt həmin vaxt onunla bərabər Şuşaya səfər edən şair Ələmdar Quluzadə açıqlayıb. O zaman şair Əylislinin bu sözündən hədindən artıq hiddətlənib və cavabını da verib. Təsəvvür edirsiz, bir yandan tüstüyə bürünən Qarabağ, didərgin salınan insanlar, digər tərəfdən də bunun “Pravda”sı...

Çərxi-fələk təzədən fırlanacaq.. Dünyanın bir az düzələn vaxtında, yəni,  2012-ci ildə Əylislinin “Pravda” damarı yenidən tutacaq.

Və o, “Daş yuxular”la hər şeyi alt–üst edəcək. 1986-cı ildə çəkilən bu şəkil və oradakı “dostluq” nümayişi, 1989-cu il Şuşalısının yanıqlı müraciəti tamamən yaddan çıxacaq. 

 

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı