Modern.az

“Barəmdə prezidentə yalan xəbər çatdıranlar şərəfsiz adamlardır” - Eks-nazir müavini

“Barəmdə prezidentə yalan xəbər çatdıranlar şərəfsiz adamlardır” - Eks-nazir müavini

Ölkə

31 Mart 2014, 13:51


Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanov işdən çıxarılmasından danışıb. Modern.az-ın məlumatına görə, A.Aslanov “Publika.az-a haqqında yazılanlara münasibət bildirib:

“Mən 1992-ci ildən bəri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm. Şəmkir zonasında YAP-ın yaradılmasında rəhmətlik atamın rolu böyük olub. Bizim rayondakı evimiz YAP-ın Şəmkir qərargahı olub. Mən ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tapşırıqlarını necə lazımdırsa yerinə yetirmişəm.
Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunanda da şəxsən cənab prezidentlə danışmışam. Bu vəzifəyə gələndən sonra da gördüyünüz kimi istehsal hər il artıb. Mən namusla, qeyrətlə xidmət etmişəm. Kənd Təsərrüfatı Nazirliyində öz kurasiyama aid olan işlərin öhdəsindən layiqincə gəlmişəm. Kənd Təsərrüfatı Nazirliyində nazir müavini tək mən olmamışam, orada nazir müavinləri çox olub. Ancaq mən nazir müavini olmağıma baxmayaraq digər nazirlərlə danışıqları aparıb kurasiyama aid olan bitkiçilik və heyvandarlıqla bağlı məsələləri həll edirdim. Nazirlikdə nə isə problem olanda çox narahat olurdum, çalışırdım ki, həmin problemlər həllini tapsın. Hər zaman kənd təsərrüfatının inkişafı üçün çalışmışam.
O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub.
Cənab prezident məni hamıdan yaxşı tanıyır və mənim barəmdə hansı qərar qəbul edibsə, bu onun səlahiyyətlərinə aid olan məsələdir.
Digər tərəfdən isə kimsə mənim barəmdə prezidentə yalandan nə isə çatdırıbsa, mən həmin adamı şərəfsiz sayıram. Çünki bizim ailəmiz 1964-cü ildən bəri ulu öndər Heydər Əliyevlə tanışdır. Rəhmətlik atam da o vaxtı Heydər Əliyevin vaxtında vəzifədə işləyib. Ona görə də vəzifəsindən asılı olmayaraq kimsə gedib mənim haqqımda cənab prezidentə yalandan məlumat veribsə, o adam şərəfsizdir. Mən bu cür adamları şərəfsiz sayıram. Digər tərəfdən isə cənab prezident heç zaman həmin adamların yalan sözlərinə inanmaz”.     

A.Aslanov bundan sonra da əqidəsini dəyişməyəcəyini və YAP-çı olaraq qalacağını vurğulayıb. O Deyib ki, nazir müavini postundan çıxarılandan sonra prezidentlə görüşməyib:

“Görüşümüz olmasa da, ancaq mən YAP-ın tədbirlərində fəal iştirak edirəm, mütəmadi olaraq dövlətçiliklə bağlı məqalələrim olur və s. Mənim haqqımda yalandan danışanlara demək istəyirəm ki, məni bütün Azərbaycan tanıyır. Mənim bir əqidəm var, o da YAP-dır. Mən bir insana xidmət etmişəm - Heydər Əliyevə. İndi də onun oğlu cənab İlham Əliyevə xidmət edirəm”.

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı